isaznow.com
Az Iw En Ru

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirakı olduqca əhəmiyyətlidir

Oktyabrın 13-də Qazaxıstanın Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı keçirilib. AQEM Asiya əhalisinin 90 faizini əhatə
edən dövlətlərin birliyi kimi çıxış edir. Bu, eyni zamanda, Asiya iqtisadiyyatının təxminən həmin
potensialda inteqrasiyası deməkdir. Ona görə də bu toplantıda müzakirə olunan məsələlər Asiya
regionunun gələcəyi və onun Avropa ilə əlaqələri baxımından olduqca əhəmiyyətlidir. Gündəlikdə olan
əsas məsələlərdən biri də AQEM-in statusu ilə bağlıdır.
Azərbaycanın bu konfransda iştirakı olduqca əhəmiyyətlidir. Bu beynəlxalq platformanın
inteqrasiyası üçün rəsmi Bakı mühüm logistika və qovşaq yaratmağı bacarıb. Hazırda nəqliyyat-
kommunikasiya əlaqələrinin dərinləşməsi və optimallaşması üzrə tamamilə yeni bir dəhliz təklif edir. Bu
Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi bütün növ kommunikasiyaların məsafəsini 300 kilometr
qısaltmaqla operativ əlaqələr və inteqrasiya təmin etmək imkanlarına sahibdir. Ona görə də Azərbaycan
Prezidenti İlham Əliyev AQEM-in Zirvə Toplantısı zamanı çıxışında bir daha bu məsələyə xüsusi
toxundu. Eyni zamanda, erməni vandalizmini yenidən konfrans iştirakçılarının diqqətinə çatdırmaqla
Ermənistanın yenə də regional sülhü təhdid etdiyini bildirdi. Azərbaycan ərazisində bir milyondan çox
mina basdıran bir ölkənin indi də kommunikasiyaların açılmasına mane olması şübhəsiz ki, AQEM
ölkələrinin qarşılıqlı inteqrasiyasına da mənfi təsir göstərir. Ermənistan işğal zamanıbu ərazilərə bir
milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-
dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq
mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll
etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları tələb olunur.
Hazırda “Böyük Qayıdış” adlanan proqram icra edilir. Minalardan təmizlənmə ilə paralel, indi
Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq
işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb.
Zirvə Toplantısında həm də regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı Azərbaycan
Prezidenti bir sıra ikitərəfli görüşlər keçirib ki, bunların da hər biri milli və regional təhlükəsizliyimizin
gələcək strateji arxitekturası baxımından olduqca əhəmiyyətlidir.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru


16:50 16.10.2022