

Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-
cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmişdır. 1959-cu ilin aprelində böyük Azərbaycan
şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək, Füzuli
rayonu adlandırılmışdır.
Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri
tərəfindən işğal olunmuşdur. Sonralar Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi
əməliyyatlarla Azərbaycan Silahlı Qüvvələri, rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir.
Zəngin infrastruktura və tarixi abidələrə malik olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16
qəsəbə, 82 kənd var idi.
Ali Baş Komandan möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun
şücaəti sayəsində qələbə çaldığımız II Qarabağ müharibəsi zamanı, Füzuli uğrunda gedən döyüşlər
cənub-şərq cəbhəsində ən mühüm döyüşlərdən biri olmuşdur. 30 il ərzində, düşmənin təmas xəttində
möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə Füzulini işğaldan azad
etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq Azərbaycan ordusu
mümkünsüzlüyü mümkünə çevirdi.
Füzuli şəhərinin azad olunması eyni zamanda Şuşa istiqamətində getmək üçün daha geniş
imkanlar açdı, bizə əlavə mənəvi güc verdi. Bu döyüşlərdə göstərdiyi şücaətə görə yüksək önəmin
təzahürü olaraq ölkəmizdə “Füzulinin alınmasına görə” medalı təsis edilib. 25167 hərbi qulluqçumuz
“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Füzuli uğrunda gedən döyüşlərin öyrənilməsi
və cəmiyyətdə təbliğ olunması vətənpərvərlik baxımından mühüm əhəmiyyət kəsb edir. Vaxt keçəcək,
bu döyüşlər haqqında əsərlər yaradılacaq.
Füzuliyə həyat qayıdıb və qayıdacaq. Bu müddətdə burada görülən işlərin miqyası və surəti onu
göstərir ki, Qarabağın ruhu, Qarabağ mədəniyyəti, Qarabağ torpağına qayıdacaq.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev azad olmuş Füzuiyə səfərləri zamanı çoxsaylı
təməlqoyma mərasimlərində iştirak etmişdir: – Zəfər yolunun, hava limanının, xəstəxananın, rəqəmsal
stansiya idarəetmə mərkəzinin, peşə liseyinin və s.
Cəmi səkkiz ay ərzində inşa olunan və Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq
Hava limanının 26.10.2021-ci ildə açılış mərasimi baş tutmuşdur. Bu hava limanı müasir səviyyədə inşa
olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var.
Beləliklə, tarixi, qədim yaşayış məskənimizin Azərbaycana qaytarılması on minlərlə insanın
doğma yurdlarına qayıtmasını təmin edəcək.
Unutmaq olmaz ki, torpaq su ilə qarışanda palçıq olur, qan ilə qarışanda Vətən. Allahdan
şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, bütün hərbçilərimizə uzun ömür diləyirik.
Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir.
Amma inanmaq olmur ki, kimsə ermənilər qədər qəddar, bu qədər qeyri- insani bir düşmənlə üz-üzə
qalsın.
Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru