

1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri
tərəfindən işğal oludu. 2 şəhər, 16 qəsəbə, 51 kənd və başqa yaşayış məntəqələri düşmən tapdağı altında
qaldı. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 657 nəfər şəhid, 400 nəfərədək
əlil oldu, 181 nəfər əsir və itkin düşdü, rayonun 55 min nəfərə yaxın sakini ölkənin müxtəlif
rayonlarında qaçğın həyatı yaşamağa məcbur oldular.
Füzulilərin 27 illik vətən həsrətinə nəhayət ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu son qoydu. 2021-ci il oktyabrın 17-də Ordumuz Füzuli
şəhərini və Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini öz sahiblərinə
qaytardı və düşmən tapdağı altında olan qədim bölgə işğaldan tamamilə azad edildi. Füzulinin azad
olunması Ordumuzun Zəngilan və Qubadlının da tezliklə işğaldan qurtarması üçün əlverişli imkanlar
açdı.
Arazboyu ərazilərin düşməndən geri alınmasının Silahlı Qüvvələrimizə böyük strateji üstünlüklər
qazandırdı. Hadrut, Tuğ və strateji əhəmiyyətli digər ərazilərin, və nəhayət Füzulinin azad edilməsi
Şuşaya yaxınlaşmaq demək idi.
Füzuli uğrunda döyüşlərdə düşmən Ordumuzun şücaəti qarşısında davam gətirməyərək öz
silahlarını yerə qoyub qaçmışdı. Hücum zamanı öldürülmüş yüzlərlə düşmən meyidləri elə döyüş
meydanında qalmışdı. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü gördü və bunu etiraf etməyə
məcbur oldu.
44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Müharıbədə əldə edilən
uğur şəhid və qazılərimizin fədakarlığını bir daha göstərdi. Dövlət də onların əməyni yüksək
qiymətləndirdi. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad
edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş
etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad
olunmasına görə” medalı ilə təltif olundular.
Bu Şanlı Qələbəni bizə bəxş edən Ordumuz, fədakar əsgər və zabitlərimiz və ən əsası
Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edirik.
Mirxədicə Mirişova,
Sabirabad rayonu Muğan Gəncəli kənd uşaq bağçasının müdiri