isaznow.com
Az Iw En Ru

Azadlığa qovuşan Füzuli

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı
növbəti hərbi təxribatına cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatı ilə başlamış Vətən
müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, müzəffər ordumuz erməni təcavüzünə
məruz qalmış bütün ərazilərimizi işğaldan azad etmişdir.
Uzun illər ərzində mənfur qonşumuzun-Ermənistanın bizə qarşı olan təxribatlarına cavab olaraq
Azərbaycan Respublikasının Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli
əməliyyatı  Azərbaycan Ordusunun   İkinci Qarabağ müharibəsində  cənub-şərq cəbhəsində baş vermiş ən
əhəmiyyətli döyüşlərdən biri olub. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar
qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla
vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü
mümkünə çevirdi. Ümüdümüz Ali Baş Komandanımıza və ordumuza sonsuz idi. Düşünürdük ki, qisas
ordumuz tərəfindən mütləq alınır və alınmaqda davam edəcək, ən qısa zamanda işğal altında olan
torpaqlarımız azad ediləcək. Elə də oldu…
Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını
yerə qoyub qaçdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirdilər ki, Azərbaycan Ordusu böyük döyüş
qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın
gücünü görüb və bunu etiraf etdi.
Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər
vermişdir. Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən biri olaraq, Qoçəhmədli, Çimən, Cuvarlı,
Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr
tarixində işğaldan azad edilmişdir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və
Cəbrayıla olan səfəri əbədi yaddaşlara keçəcək. Bu səfər gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın
təntənəsidir. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də
xeyirin şər üzərində qələbəsidir.  Füzuliyə səfəri zamanı yolboyu yerli əhalini salamlamaq üçün
avtomobildən enən cənab Prezident İlham Əliyev əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanıb.
Dövlət başçısının respublikamızın bölgələrinə səfəri həmişə izdihamla müşayiət olunub, xalq
coşqusunun şahidi olmuşuq. Ancaq bu coşqu qalib xalqın duyğu-düçüncəsinin, hiss-həyacanının, keçmiş
kədərdən sıyrılmağın və bugünkü sevincin tərənnümü idi. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman
Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirirdi. Xalqın dəstəyi dövlətin
tükənməz gücü, Vətən müharibəsi milli birliyin səbəbidir.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizə oktyabrın 17-də bizə yaşatdığınız
Füzulinin azad olunması sevincinə görə öz minnətdarlığımı bildirirəm. Sizə bu çətin məsuliyyətli
işinizdə uğurlar arzulayıram. Ömrünüz uzun, nailiyyətləriniz bol olsun! Allah Sizi xalqımızın üzərindən
əskik etməsin! Uca Tanrım Sizi, Ordumuzu və bütün xalqımızı qorusun!
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
aparıcı məsləhətçisi


16:03 17.10.2022