isaznow.com
Az Iw En Ru

Makronun böhtan dolu fikirləri tamamilə beynəlxalq hüququn prinsiplərinə ziddir

Prezident İlham Əliyevin oktyabrın 14-də Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB)
Dövlət Başçıları Şurasının iclasında çıxışına diqqət çəkib. Bildirib ki, dövlətimizin başçısı qəti şəkildə
bəyan etdi ki, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur.
Vaxtı ilə Fransanın da təmsil olunduğu ATƏT-in Minsk qrupu münaqişənin həlli məqsədilə yadılmışdı,
amma əlindən bir iş gəlmədi, vəzifələrini icra edə bilmədi. Fransa Minsk qrupunun həmsədri olub,
neytrallıq göstərmək əvəzinə, hələ müharibə zamanı tərəf nümayiş etdirərək Ermənistanın ədalətsiz
mövqeyini müdafiə etməyə çalışırdı.
Bir neçə gün öncə Fransa prezidenti Emmanuel Makronun “France2” telekanalına müsahibəsində
dediyi fikirlər, təbii ki, hər birimizdə hiddət doğurur. Aydın görünür ki, bu şəxs məsələlərə separatçı
ermənilərin gözü ilə baxıb təhlil edir və gəldiyi yanlış qənatləri ictimaiyyətə çatdırır. Maraqlıdır, məgər
bu dövlət başçısı vaxtı ilə Fransanın da imza atdığı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən
xəbərsizdir!?. Deyir ki, “Azərbaycan dəhşətli, çoxsaylı itkilərlə nəticələnən müharibəyə başladı və
Dağlıq Qarabağı tutdu”. Fransa bu məntiqlə uzun illər vasitəçilik missiyasını icra edib!? Makronun
Azərbaycanın tutduğu dediyi ərazilər bütün sənədlərdə və beynəlxalq səviyyədə elə Azərbaycanın öz
ərazisi kimi qəbul edilib. Bu ərazilər Azərbaycan ərazisidir, Azərbaycan hər zaman sülh tərəfdarı olub,
uzun illər münaqişənin danışıqlar yolu ilə həllinə çalışıb. Bütün bunları bilə-bilə öz ərazilərini işğaldan
azad edən Azərbaycana “işğalçı” demək yalnız Makron kimi siyasətçilərin təfəkkürünün məhsulu ola
bilər. Aydın görünür ki, Makronun böhtan dolu fikirləri tamamilə beynəlxalq hüququn prinsiplərinə
ziddir. O, çevrilib öz ölkəsinin tarixinə bir nəzər salsaydı, belə məsələlərdə utanıb susmağa üstünlük
verərdi.
Təəssüf… Emmanuel Makron deyir ki, “biz erməniləri atmayacağıq”. Bu, məlumdur, hər zaman
belə olub, hətta müharibə dövründə də. Amma nəticə ortadadır. Artıq Azərbaycan öz torpaqlarını
Makronun yanında olduğu təcavüzkarlardan təmizləyib. Bundan sonra da öz ərazilərini işğalçılardan
qoruyacaq. Bir sözlə, Makronun bu cür yanaşmalarını Ermənistanla Azərbaycan arasında münasibətlərin
düzəlməsinə, sülh danışıqlarına əngəl və bu kimi siyasətçilərin belə davranışlarını pozucu və dağıdıcıdır.
İntizar Nərimanova,
Sabirabad rayon Qaragüney 1 saylı kənd tam orta məktəbinin direktoru


02:27 18.10.2022