isaznow.com
Az Iw En Ru

Fransa Prezidentinin dünya ictimaiyyətini çaşdırmağa səy göstərməsi qəbuledilməzdir

Prezident İlham Əliyev oktyabrın 14-də Astanada keçirilən MDB Dövlər Başçıları Şurasının
iclasında qərəzli bəyanata qəti etirazını bildirdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama
baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz,
qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi... Bu bəyanatlarda o, Azərbaycanın
dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya
ictimaiyyətini çaşdırmağa səy göstərib.
Toplantıda Erməni vandalizminə xüsusi olaraq toxunulub. İşğal dövrü ərzində on min
kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb.
Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasıAzərbaycan
xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir.
Ölkə başçısı həm də oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində
Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan
Prezidentinin iştirakı ilə dördtərəfli görüş barədə məlumat verildi.Bildirildi ki, bugörüşün nəticəsində
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət
mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub. Bu missiyanın məqsədi tərəflərə sərhədlərin
çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir.
Prezident İlham Əliyev bir daha vurğuladı ki, artıqATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına
ehtiyac yoxdur. Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə
keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında
münasibətlərə heç bir aidiyyəti yoxdur.
Son vaxtlarda Fransa prezidenti və bu ölkənin digər dövlət xadimlərinin Azərbaycanla bağlı
qərəzli çıxışlarına toxunan ölkə başçısı bildirdi ki, “Bundan sonra Fransa hökumətinin bu cür münasibəti
çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol
oynamasının heç bir mümkünlüyünü görmürük”.Azərbaycanın nümayiş etdirdiyi xoş mərama
baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və
təxribat xarakterli bəyanatlarla çıxış edib. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə
törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini
çaşdırmağa səy göstərib. Bu yolverilməzdir.
Eyni zamanda Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa
Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan
qətnamələr qəbul ediblər. Noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə
hazırlanır. Təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, bütün uğurlu əməkdaşlıq
təcrübəmizin üstündən xətt çəkdi.
Qəzənfər Məhərrəmov,
E.Nadirov adına 8 saylı Sabirabad şəhər tam orta məktəbində kompüter operatoru


03:33 18.10.2022