

Azərbaycan ictimaiyyəti ermənipərəst siyasət yürüdən Fransanın danışıqlar
prosesində iştirakının qəti əleyhinədir. Azərbaycanın tarixi torpağına “mübahisəli ərazi”
deyən, işğalçı Ermənistanı yox, Azərbaycanı ittiham edən, heç bir halda “Ermənistanı
atmayacaqlarını” bildirən bir dövlət və onun Prezidenti hansı haqla vasitəçi olmağa
iddia edə bilər. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan dövlətin başçısı heç bir
halda danışıqlar prosesində iştirak edə bilməz. Azərbaycanın öz ərazilərini işğaldan azad
etməsini “işğal” kimi qiymətləndirən, Bakıya “işğalçı” deyən Makron bu absurd
fikirlərindən sonra hansı vasitəçiliyinə danışa bilər. Azərbaycan ictimaiyyəti öz
dövlətindən qəti şəkildə Fransanın iştirakı ilə keçirilən bütün görüşlərdən imtina etməyi
tələb edir. Xalqımız yaxşı bilir ki, 30 il ərzində keçmiş münaqişənin həll olunmamasının
əsas səbəblərindən biri Fransanın açıq ermənipərəst mövqe tutması olub. İndi bunu açıq
şəkildə etiraf edən Fransa bilməli və qəbul etməlidir ki, Azərbaycan bu dövlətin vasitəçi
olduğu formata yol verməyəcək.
Xalqımız Fransanın hər zaman anti-Azərbaycan mövqeyində dayanmasının, həm
də bu dövlətin tarixən Asiya və Afrika ölkələrinə münasibətdə istismarçı, riyakar siyasət
yürütməsinin şahidi olub. Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımı siyasəti,
İslam ölkələrinə qarşı qərəzli mövqeyi, müsəlmanlara münasibətdə dini və irqi ayrı-
seçkiliyi hər kəsə məlum həqiqətlərdir.
Zaur Abışov,
Sabirabad Qaz istismar sahəsinin nəzarətçisi