

27 sentyabr 2020 – ci il tarixindən başlayaraq Müzəffər Azərbaycan ordusu tarix yazmağa
başladı. Beləki, 30 ilə yaxındır işğalda olan ərazilərimiz geri qaytarılır, işğalçılar tarixi Azərbaycan
torpaqlarından çıxarılırdı. Bütün Azərbaycan xalqı Ordumuzun, Prezidentimizin ətrafında sıx birləşib
hər qarış torpağımız üçün mübarizə apardı.
Artıq mühüm strateji yüksəkliklər, Cəbrail, Füzuli, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi,
onlarla kənd işğaldan azad olunur, Prezidentimiz Şanlı ordumuzun zəfərləri ilə xalqımızı sevindirirdi.
Lakin işğal olunmuş ərazilərimizdə gördüyümüz mənzərələr bizi çox incidirdi .
Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi
uğrunda əməliyyata başlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı
Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması
və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan
rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının
Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti
müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı
və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan
Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda
əməliyyata başlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan
rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-
dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan
rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının
Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti
müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı
və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan
Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Belə ki, ermənilər otuz il ərzində torpaqlarımızı işğal alında saxlayaraq, istismar ediblər, təbii
resurslarımızı oğurlayıblar, kəndlərimizi, şəhərlərimizi dağıdıblar. Bu, qarşımızdakı düşmənin
vəhşiliyindən xəbər verir. Belə vəziyyət işğal olunan, habelə artıq yağıdan azad edilən torpaqlarda da
özünü aydın göstərir. Həmin ərazilərimizdə dağıdılmayan bir bina, bir infrastruktur belə qalmayıb.
Hazırda Zəngilanda böyük qayıdış üçün bərpa-quruculuq işləri surətlə davam edir. Horadiz-Zəngilan-
Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara
həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq.
Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək
üçün imkanlar yaradır. Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət
gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli,
üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb
məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bu
ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün
Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Çox qısa zamanda Qarabağın hər bir bölgəsi
xalqımızın məskunlaşması üçün hazır vəziyyətə gətiriləcək. Biz fəxr edirik ki, bütöv, güclü, azad
Azərbaycanın vətəndaşlarıyıq. Qarabağ Azərbaycandır!
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru