isaznow.com
Az Iw En Ru

Zəngilan bu gün yeni həyata başlayır

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində dünyada və regionda
Azərbaycana maraq artıb. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da
möhkəmləndirməyə çalışırlar. Zəngilanda düşmən tərəfindən həyata keçirilmiş vandal siyasət
nəticəsində Qarabağın digər rayonlarında olduğu kimi infrastruktura ciddi ziyan dəyib. Vurulan ziyanın
məbləğinin hesablanması istiqamətində iş aparılır və bu məbləğ olduqca yüksəkdir. Şanlı Ordumuz
tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmən tapdağında qalan Zəngilanda həyat dəyişir.
Yenidənqurma işləri davam edir
Bu prosesdə mədəni irsin qorunub saxlanılması, dirçəldilməsi prioritet olduğundan Ağdamda
Cümə və Qiyaslı məscidlərinin bərpa edilməsi, Ağdam və Füzulidə açıq səma altında İşğal və Zəfər
muzeylərinin yaradılması da qarşıya mühüm vəzifə kimi qoyulub.
Zəngilanda da bərpa-quruculuq layihələri uğurla həyata keçirilir. Rayon erməni faşizmi
tərəfindən dağıntılara ən çox məruz qalan yaşayış sahələrindən biridir. Zəngilanın yenidən qurulması və
bərpası BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqla gerçəkləşdirilir.
Hazırda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun
maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlığında
isə şəhərin ümumi əhali sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisi aparılır. Həmçinin,
Zəngilanda İşğal, Zəfər muzeyləri komplekslərinin və Memorial Parkın tikintisi də planlaşdırılır.
Eyni zamanda Zəngilan ərazisindən keçən Horadiz–Ağbənd dəmir yolu xətti 2023-cü ildə,
Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolu isə 2024-cü ildə yekunlaşacaq. Zəngilanı
beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından Zəngilan Beynəlxalq
Hava Limanının tikintisinə başlanılanmışdır ki, bu da rayonun işıqlı gələcəyinə bir sübutdur.
İkinci Qarabağ müharibəsi zərurət oldu. 44 günlük hərbi əməliyyatlar nəticəsində müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmənin bütün resurslarını
məhv etdi, onu diz çökdürdü, Ermənistan dövlətini kapitulyasiya sənədinə imza atmağa məcbur etdi.
Zəngilanda vaxtilə sıx meşəlik olub. İşğal dövründə bu meşələr də ermənilər tərəfindən məhv
edilib, qırılıb. Bir sözlə ekoloji terrora məruz qalıb.  İlkin araşdırmalara görə, işğala qədər 228 min
hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam
etdikcə, ermənilərin dağıtdığı ərazilərin miqyası daha çox olacaq. Əsas məqsəd tez bir zamanda Qarabağ
bölgəsini yaşıllığa qərq etməkdir. İşğal dövründə düşmən rayonun Vənədli kəndi yaxınlığında qiymətli
Araz palıdı meşə sahəsində də ekoloji terror törədib. Meşə ərazisindəki ağaclar kəsilib, meşə talan
olunub.
Müharibə qələbəmizlə qurtarsa da, düşmənin təxribatları hələ də davam edir. Bu da ondan
qaynaqlanır ki, rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə beynəlxalq qurumlar tərəfindən nəinki,
qınanılır, hətta onlara açıq-açığına havadarlıq edən Fransa kimi dövlətlər hələ də ikili standartlarından əl
çəkmir. Buna həvəslənən ermənilər, deyəsən dəmir yumruğun növbəti zərbəsini görmək istəyirlər.
Beynəlxalq hüquqi təşkilatlar düşmənə qarşı tədbirlər həyata keçirməlidir. Zəngilan bu gün yeni həyata
başlayır-aeroport, Ağıllı kənd və digər layihələri uğurla həyata keçirilir ki, bu da onun gələcəkdə
abadlaşmasından, çiməklənməsindən xəbər verir.
İlham Həsənov,
Sabirabad RİH başçısının Qaratəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


16:02 21.10.2022