isaznow.com
Az Iw En Ru

Zəngilan rayonu yeni inkişaf dövrünü yaşayır

1993-cü ilin 30 oktyabrında Zəngilan şəhəri ermənilər tərəfindən  işğal edildi. 30 ilə yaxın işğal
dövründə digər rayonlarımızda olduğu kimi Zəngilan şəhəri də düşmən tərəfindən darmadağın edilmiş,
burada yerləşən tarixi və dini abidələrimiz xüsusi qəddarlıqla məhv edilmişdir.
Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat
kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq
respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb.
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri-Məmmədbəyli türbəsi, XIV əsrə aid Hacallı
dairəvi bürcü, Yenikənd sərdabəsi, Səfəvilər dövründə tikildiyi ehtimal olunan və XVII-XVIII əsrə aid
məscid, Bartaz qız qalası, Daş heykəllər muzeyi, Koroğlu daşı və sadalamaqla qurtarmayan tarixi 
əsərlərlə zəngin olmuşdur. Onlardan ən böyüyü «Şəhri Şərifan» adı ilə tanınan orta əsr şəhərinin
xarabalıqlarıdır. Erməni barbarlığı nəticəsində bu möhtəşəm abidələr dağıdılmış və şəhər xarabalığa
çevrilmişdir.
Zəngilan ötən ilin 20 oktyabrında işğaldan azad olunduqdan sonra  dekabrın 23-də  Azərbaycan
Prezidenti   İlham Əliyev  və birinci xanım  Mehriban Əliyeva  işğaldan azad olunmuş Zəngilan rayonuna
gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində  Azərbaycan bayrağını  qaldırdı. Dövlət başçımızın
tapşırığı ilə bura da yenidənqurma və bərpa işləri aparılır.
Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl
rayonlarının birinə çevirmək üçün imkanlar verəcək. Belə ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-
ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Artıq bu ilin may ayında burada inşa edilən 200 fərdi evə ilk
sakinlər köçürülüb və  daha 150 ev tikilir.
Həmçinin ərazidə böyük logistika layihələri də icra olunmaqdadır. Horadiz-Zəngilan-Ağbənd
dəmir yolunun inşası həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə
malik olacaq. Digər strateji əhəmiyyətli layihələrdən biridə uğunluğu 124 kilometr olacaq 6 zolaqdan
ibarət  Zəngilan-Horadiz avtomobil yoludur.
Sözsüz ki, burada icra olunan ən böyük layihə Zəngilan hava limanıdır. Zəngilan Beynəlxalq
Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib. Zəngilan Hava Limanı  eyni
zamanda Azərbaycanın qədim tarixi torpaqları olan Zəngəzur və  Naxçıvanı Azərbaycanın əsas ərazisi
ilə birləşdirəcək, həmçinin regionda da böyük, möhtəşəm bir logistik habın yaradılmasına imkan
verəcəkdir.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


17:03 21.10.2022