isaznow.com
Az Iw En Ru

Bütün çətinliklərə baxmayaraq Azərbaycan dövləti inamla irəliyə doğru addımlayır

Prezident Ilham Əliyev 20 oktyabr 2022-ci il tarixində qardaş Türkiyə Cumhuriyyətinin
Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Cəbrayıl rayonuna rəsmi səfər etdi. Səfər zamanı Zəngilan
Hava Limanınının açılış mərasimi oldu. Zəngilan Beynəlxalq Hava Lİmanının açılması Zəngəzurdan
keçən nəqliyyat dəhlizinin imkanını daha da artırdı və iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-
Türkiyə birgə layihələrinə yeni imkanlar açmış oldu. Bu da öz növbəsində gələcəkdə öz yurd-yuvalarına
dönən məcburi köçkünlərimiz üçün məşğulluq imkanlarını artıracaq. Bağlanmış yeni müqavilələrin
tarixi əhəmiyyəti regiona xarici şirkətlərin investisiyalar yatırmalarının sayını artıracaq.
Prezident İlham Əliyev çıxışında bu səfərin önəmini belə vurğuladı: Şərqi Zəngəzurda bərpa
işlərinin sürətlənməsi regiona həyatın sürətlə qayıtması deməkdir. Bu, öz yurdlarına qayıtmağı
səbirsizliklə gözləyən insanlara böyük bir dəstəkdir. Bizim haqq savaşımızda bizə daim dəstək olan
qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səfərdə iştirakı regionda sülhü pozmaq
istəyənlərə verilən ən tutarlı cavabdır. Səfər zamanı Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim
Mərkəzi, Ağıllı Tingçilik və Dostluq meşəsi kompleksinin təməli qoyuldu. Bu komplekslərdə yerli və
qardaş Tirkiyədən olan mütəxəssislərin birgə fəaliyyəti nəzərdə tutulub. Bu məqsədlə Şükürbəyli-
Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilmişdir. Mərkəzin elektrik təchizatını
yaxşılaşdırmaq üçün 180 kilovat gücündə Günəş Elektrik stansiyasının quraşdırılması planlaşdırılır.
Tədbirlər çərçivəsində əraziyə 18 baş ceyran buraxıldı, yeni ağaclar əkildi və həssas ekosistemin
bərpası üçün tədbirlər planı hazırlandı. Oktyabrın 20-də Zəngilan Hava Limanının açılış mərasimində
iştirak edən Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasiminin rəmzi olan lenti birgə kəsib, hava
limanında yaradılan şəraitlə tanış oldular. Hava limanında saatda 200 sərnişinə xidmət göstərilməsi
nəzərdə tutulur. Xatırladaq ki, Türkiyə Llideri ötən ilin oktyabr ayında da Füzuli Beynəlxalq Hava
limanının açılışında da iştirak etmişdir. Bu bir daha onu göstərir ki, bütün çətinliklərə baxmayaraq
Azərbaycan dövləti inamla irəliyə doğru addımlayır və qardaş Türkiyə bu yolda bizi daim dəstəkləyir.
Prezident Ilham Əliyevin dediyi kimi Azərbaycan Türkiyə dostluğu, birliktəliyi daimidir əbədidir.

Natiq Nuriyev,
Sabirabad şəhər sakini, sahibkar


02:47 24.10.2022