isaznow.com
Az Iw En Ru

Şanlı tarix bizim müştərək tariximizdir

27 il erməni işğalında qalmış gözəl təbiəti, zəngin yeraltı və yerüstü sərvətlərilə seçilən
ərazilərimizdən biri də Zəngilandır. 1993-cü ilin 30 oktyabrdından ermənilər tərəfindən işğal edilən
Zəngilan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 18 oktyabrdan başlayan hərbi
əməliyyatları nəticəsində 20 oktyabrda şəhərin özü, 7 noyabra qədər müxtəlif kəndləri düşməndən
təmizləndi. Azərbaycanın Zəfər tarixinə 20 oktyabr Zəngilanın işğaldan azad olunduğu gün kimi qeyd
olundu.
Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə apardığı uzaqgörən
siyasətin davamı olaraq işğaldan azad edilmiş ərazilərimizdə sürətli quruculuq işləri aparılır. Bunlardan
biri də Zəngilanda Beynəlxalq Hava Limanının tikilməsidir. Məhz düşməndən təmizləndiyi gün – 20
oktyabrda bu Hava Limanının açılışının baş tutması təsadüfi deyildir. Açılışda Vətən müharibəsində hər
zaman Azərbaycana mənəvi dəstək göstərən qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğan da iştirak etdi.
Zəngilan Hava Limanının açılış mərasimindən sonra Cəbrayıl şəhərində Prezidentlərin təkbətək
görüşünün ardından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə
Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan birgə bəyanatla çıxış etdilər.
Cənab Prezident İlham Əliyev bir il əvvəl Füzuli Hava Limanının, bu gün isə Zəngilan Hava
Limanının iki qardaş ölkənin birgə açılış etməsini xoş günlərdə bərabərliyin nümunəsi kimi
qiymətləndirmişdir. Ölkə başçısı iki il əvvəl məhz bu gün Azərbaycan Ordusu tərəfindən Zəngilan
şəhərinin işğaldan azad olunduğunu, məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda,
Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıdığını xüsusi vurğulamışdır. 20 oktyabrı “Qarabağ və
Şərqi Zəngəzur üçün çox önəmli bir gün” kimi qiymətləndirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibə dövrünü yada salaraq
Zəngilanın ardından, Qubadlının işğalçılardan təmizlənməsini, Laçın uğrunda döyüşləri, və Ordumuzun
alınmaz qala sayılan Şuşanın azad olunmasını xatırlatdı. Məhz 8 noyabrda alınmaz qala sayılan Şuşa
Zəfərimiz, burada Azərbaycan Bayrağının qaldırılması Ermənistanı təslim olmağa məcbur etdi.
Cənab Prezident İlham Əliyev İkinci Qarabağ savaşında qardaş Türkiyənin Azərbaycana mənəvi
dəstəyini yada saldı. Müharibənin ilk günündən başlayaraq sona qədər davam edən siyasi və mənəvi
dəstək bizlərə güc verməklə yanaşı, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını aldı. Bu
səbəbdən də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində
qazanılmış Qələbəni, şanlı tariximizi “bizim müştərək tariximiz” adlandırdı.
Şəhriyar Həsənov,
Sabirabad rayonu Gənclərin Kariyera və İnkişaf Mərkəzinin könüllüsü


16:49 24.10.2022