isaznow.com
Az Iw En Ru

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

İki il əvvəl Azərbaycan  44  günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132
km-lik sərhədini bərpa etdi,  beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə
hərəkətlərinin qarşısı alındı.  Torpaqlarımızın işğal altında olduğu  30  ilə yaxın vaxt ərzində İranla
Ermənistan Azərbaycanın Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının  ərazisindən Avropaya narkotiklər
daşınan narkotrafik marşurutu kimi istifadə edirdi.  
Azərbaycan öz ərazilərinin  20%-ni işğaldan azad etməklə həm də beynəlxalq ictimaiyyət üçün
ən böyük təhlükə yaradan ağ ölümlə mübarizəyə töhfə vermiş oldu. Müəyyən olunmuş faktlar və
sərhədçilərin  hüquq-mühafizə  orqanları  əməkdaşları  ilə  birgə  saxladıqları heroinin həcminin  2  dəfə
artması bu məsələni sübut edib.  Həm də ermənilər işğal etdikləri Qarabağ torpaqlarımızda uzun illər
narkotiklərin becərilməsi ilə məşğul olublar.  Narkotik alveri ermənilərin əsas gəlir mənbələrindən biri
idi.  
30  il ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız Ermənistanın nəzarətində olması bu
ərazilərdən həm də terroristlərin hazırlanması üçün bir baza kimi istifadə olunmasına yol açıb.  Təbii ki,
 narkotik ticarəti və beynəlxalq terrorizm qlobal bəladır.  Erməni terror təşkilatları özlərinin törətdikləri
vəhşilkləri və qırğınları ilə dünya tarixinə düşüb.  Həm də erməni teror təşkilatları müxtəlif dairələrlə
əlbir olaraq bir çox sifarişlərin icraçısıdırlar.  Nəinki,  Azərbaycanda,  həm də dünyanın müxtəlif
yerlərində törətdikləri teror hadisələrində erməni teroristlərin əli olduğunu sübut olunub. Azərbaycanın
öz torpaqlarında erməni işağlına son qoydurması həm də ermənilərin ərazilərimizdə qurduqları teror
yuvasını dağıtmış oldu.  Cənab Prezident  MDB  Dövlət Başçıları Şurasının video formatda keçirilən
konfransında qeyd  edilən məsələlərə aydınlıq gətirdi və erməni işğalının mahiyyət və məqsədlərini
auditoriyanın diqqətinə bir daha çatdırdı.
2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunandan sonra növbəti istiqamət
Qubadlı rayonu idi. Düşmənin güclü müdafiə xətləri qurduğu Qubadlıda döyüş əməliyyatları xüsusi
peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. Əvvəlcə
şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq,
Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Daha  sonra oktyabrın 25-də
Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər.
2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan
Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının
azad olunmasına görə” medalı ilə təltif edildilər.
Bu gün Qubadlıda geniş tikinti-quruculuq işləri görülür. Qubadlı yeni inkişaf dövrünü yaşayır.
Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Artıq şəhərin baş
planı hazırlanıb və baş plan ən müasir normalara uyğun olacaqdır. Planda Qubadlının təbiəti və tarixi
keçmişi də memarlıqda nəzərə alınacaqdır.
İki il ərzində azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur
layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə almaqla hazırlanıb. Əgər Sovetlər
dövründə Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idisə, inşa olunacaq yarımstansiya 40
meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Görülən işlər vətən həsrəti çəkən
insanların öz döqma yurdlarına qayıdışlarını daha da sürətləndirəcəkdir.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru


01:48 25.10.2022