isaznow.com
Az Iw En Ru

Qubadlının azad olunması qəhrəmanlıq tarixidir

2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra Azərbaycan
Ordusunun növbəti istiqaməti Qubadlı rayonu idi. İşğalçı Ermənistan silahlı qüvvələri şəhərdə güclü
istehkamlar qurmuşdular.  Bir çox yüksəkliklər də düşmənin nəzarətində idi. Qubadlını  azad etmək
üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən mövqelərimizə
atəş  açıldı. Ona görə də Qubadlının azad edilməsi xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Sözsüz
ki, Azərbaycan Ordusu peşəkarlığı və fədakarlığı sayəsində şəhərə hakim olan yüksəklikləri götürdü.
Ətrafda yerləşən Xanlıq qəsəbəsi, Sarıyataq, Padar, Mahmudlu kəndləri və strateji mövqelər azad
olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən azad etdi.
Qubadlının azad olunması tarixi hadisədir. Çünki şəhərin azad edilməsi böyük Qələbəni daha da
yaxınlaşdırdı. Qubadlının azad olunması həm də Ermənistan cinayətlərinin üstünü açdı. Ermənilər
Xanlıq qəsəbəsində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz
yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Ermənistan bu və digər cinayət
əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir.
Qubadlının azad olunmasının hərbi, strateji, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var.
Rayonun azad olunması Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi, Silahlı
Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirməyinə möhtəşəm imkanlar yaratdı.
Döyüş əməliyyatları nəticəsində Qubadlının şəhər mərkəzi ilə yanaşı, 41 kəndi Ordumuzun
igidliyi nəticəsində işğaldan azad oldu. Digər 52 kənd isə 10 Bəyanatından sonra Azərbaycana
qaytarıldı. Müzəffər Ordumuz Qubadlını azad etməklə həm də Ermənistanla olan dövlət sərhədini son
27 ildə ilk dəfə bərpa etdi.
İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi


02:49 25.10.2022