isaznow.com
Az Iw En Ru

Azərbaycan və Gürcüstan iki dost və qardaş ölkədir

Zaqafqaziyada yerləşən Gürcüstan və Azərbaycan xalqı arasında münaqişə yaşanmayıb.Tarixi
özü qədər qoca olan hər iki ölkə sülh,əmin-amanlıq içərisində yaşamışdır.Bunlar birlikdə tarixin kələ
kötur yollarında birgə sınaqdan keçmişlər.İstər Azərbaycan ədəbiyyatında, istərsə gürcü ədəbiyyatında
sarsılmaz dostluq telləri gözəl təsvirini tapmışdır.
Azərbaycan və Gürcüstan iki dost və qardaş ölkədir. Bu iki dövlətin birgə əməkdaşlığı yalnız
bizim xalqlarımızın deyil, bütövlükdə region xalqlarının rifahına xidmət edir. Biz bölgəni yalnız
ölkələrimiz üçün deyil, xarici investorlar üçün də cəlbedici edirik. Azərbaycan ilə Gürcüstan arasında
əlaqələr möhkəm təməllər üzərində qurulub. Bu əlaqələrin qurulmasından artıq 30 il ötüb. Bu müddət
ərizində iki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb.
Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu,
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi
hakimiyyətə qayıdışından sonra inkişaf mərhələsinə daxil olub. Əlbəttə ki, iki dövlət arasında dostluq
münasibətlərindən danışırıqsa, Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan
azərbaycanlıların əlaqələrin inkişafında önəmli rol oynadığını da bildirməliyik. Bütün sahələrdə uğurlu
əlaqələr böyük layihələrin reallaşmasına səbəb olur və iki dövlət arasında olan dostluğun təməlini daha
da möhkəmləndirir. Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi, Gəncə şəhəri ilə Kutaisi və
Rustavi, Sumqayıt ilə Rustavi, Şəki ilə Telavi şəhərləri arasında qardaşlaşma haqqında memorandumlar
imzalanıb. Bu şəhərlərin rəhbərləri və ictimaiyyət nümayəndələri arasında görüşlər keçirilir, qarşılıqlı
maraq doğuran məsələlər ətraflı müzakirə olunur, birgə layihələr reallaşdırılır.
Xalqları birləşdirən istər tarixi əlaqələr, istər çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm
təməl üzərindədir. İki ölkə arasında getdikcə genişlənən əlaqələr 30 il ərizində aparılan uğurlu
əməkdaşlığın nəticəsidir.Bu gün siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əlaqələrimiz
inkişaf edir. İnanırıq ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək.
Füzuli Paşayev,
Qarabağ Əlilləri İctimai Birliyi Sabirabad rayon təşkilatının sədri


23:22 26.10.2022