isaznow.com
Az Iw En Ru

Gürcüstan və Azərbaycan arasında dərin tarixi ənənələrə söykənən əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir

Dövlətimizin başçısının 24 oktyabr tarixli səfərinin Gürcüstan və Azərbaycan arasındakı dostluq
və qardaşlıq münasibətlərinə yeni təkan verəcəkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsrlər
boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar, ölkələrimiz arasında dərin
tarixi ənənələrə söykənən əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir.
Dövlətimizin başçısı iqtisadi və ticari əlaqələrimizin vəziyyətini əks etdirən bəzi göstəriciləri də
sadaladı, perspektivləri vurğuladı. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara
yaxınlaşıb. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı
faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Azərbaycan dünya bazarlarına qaz
ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq.
Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji
tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə
artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə
çatacaq. Elektrik enerjisini dünya bazarına çıxarmaq istəyən Azərbaycanın ixrac istiqaməti
Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən
istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Gürcüstanla Azərbaycan arasında
yükdaşımaların həcmi bu il 75 faiz artıbdır. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5
milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən
əlavə sərmayə qoyulacaq.
Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına
böyük ehtiyac var. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona
çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə
Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması yeni reallıq yaradır.
Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlər olmalıdır. Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindəyik. Gürcüstanla
Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə
layihələrimiz eyni vaxtda tamamlanmalıdır.
Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru


05:24 27.10.2022