

Gürcüstan və Azərbaycan yaxın qonşu olaraq əsrlərdən bəri dostluq şəraitində yaşamışlar.
Gürcüstan eyni zamanda regionda Azərbaycan ın ən yaxın müttəfiqlərindən biridir. Ölkələrarası
diplomatik münasibətlər qurulandan sonra istər regional, itərsə də qlobal məsələlərdə bu iki dövlət
həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Ümummilli Lider Heydər Əliyev in 1996-cı
ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər
“Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “ Qafqaz regionunda sülh, təhlükəsizlik və
əməkdaşlıq” haqda bəyannamələr imzalayıblar.
Hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik Bakı -Tbilisi-Ceyhan neft ixrac kəmərinin
tikintisi ölkələrimizi daha da yaxınlaşdırıb. 2005-ci il mayın 24-25-də Heydər Əliyev adına Bakı -Tbilisi-
Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi
keçirilib. Hər iki ölkənin, habelə Türkiyənin prezidenti mərasimdə iştirak edib.
Ölkələr arasında rəsmi səfərlər dövlət rəsmilərinin bu əlaqələrə necə önəm verdiyinə bir
sübutdur. Belə ki, Azərbaycan Prezident i İlham Əliyev dəfələrlə Gürcüstanda səfərdə olub. İndiyə qədər
iki ölkə arasında 100-dən çox hüquq-normativ sənəd imzalanıb.
Bu gün Azərbaycan la Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Bu
əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən
irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısı və Azərbaycan ın etibarlı tərəfdaşıdır.
Azərbaycan Respublikasının Prezident i cənab İlham Əliyev in 24 oktyabr 2022-ci il tarixində
Gürcüstan Respublikasına səfəri bu iki respublika arasında olan mehriban qonşuluq və dostluq
münasibətlərinin təzahürüdür.
Azərbaycan Respublikasının Prezident i cənab İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı
mətbuata bəyanat vermişdir. Demişdir ki, iki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində
qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar.
Dövlətlərarası münasibətlər də bu təməl üzərində qurulubdur. Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz
müttəfiqlik səviyyəsinə qalxıbdır. Bir çox sahələr üzrə fəal əməkdaşlıq mövcuddur. Bir çox icra olunan
birgə layihələr təkcə ölkəmiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev eyni zamanda çıxışında Ermənistan Azərbaycan münasibətlərinə də toxunub.
Artıq iki ildır ki, müharibə başa çatıb, lakin Ermənistan tərəfi hələ də sülh müqaviləsi bağlamağa
hazır deyil. Azərbaycan Ermənistan a beş prinsipdən ibarət təklif təqdim edib. Ermənistan tərəfi bu
prinsipləri qəbul etsə sülh və əminamanlıq şəraitində yaşamaq mümkün olacaq. Cənab Prezident qeyd
edib ki, ”Əgər Ermənistan tərəfi Gürcüstan- Azərbaycan - Ermənistan məsləhətləşmələrinə hazırdırsa,
ölkəmiz buna hazırdır”.
Azərbaycan la Gürcüstan arasında hər zaman ticarət əlaqələri olub. Son vaxtlar iki ölkə arasında
ticarət dövriyyəsi günbəgün artmaqdadır. Cari ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard
dollara yaxınlaşıb. Azərbaycan Gürcüstana 3 milyard sərmayə qoyub. Eyni zamanda Gürcüstan
da Azərbaycan la qarşılıqlı əməkdaşlıq edərək Azərbaycan a sərmayə qoyur. Həyata keçirilən belə
layihələr dövlətlər arasında əməkdaşlığı daha da gücləndirir. Azərbaycan Respublikasının Prezident i
cənab İlham Əliyev : “Dünyada Xəzər üzərindən Azərbaycan , Gürcüstan və qonşu ölkələrdən keçən
nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi, həm də bütövlükdə yol
boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı -Tbilisi-Qars dəmir yolunun
ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək
Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin
artırılması artıq yeni reallıq yaradır”.
Bəyanatda eyni zamanda dünya üçün əhəmiyyətli əməkdaşlıq sayılan enerji resursları məsələsinə
də toxunulub.
Yaqub Tağıyev,
Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru