isaznow.com
Az Iw En Ru

Azərbaycan tərəfi regionda kommunikasiyanın inkişaf etdirilməsi üçün ciddi addımlar atır

Oktyabrın 31-də Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya
Prezidenti Vladimir Putin arasında üçtərəfli görüş keçirildi. Görüşdə  Azərbaycan-Emənistan arasında
münasibətlərin normallaşması məsələləri müzakirə olundu. Yekunda bəyanat qəbul olundu.  Bəyanatda
qeyd olunub ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün,
sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə
göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğunu tərəflər təsdiq edir. Qalan
məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər
göstərmək barədə razılıq əldə olundu.
Azərbaycan və Ermənistan arasında danışıqları kimin, hansı niyyətlə təşkil etməsindən, bundan
öncə hansı hazırlıqlar görülməsindən asılı olmayaraq gündəliyi Azərbaycanın dövlət başçısı İlham
Əliyevin müəyyənləşdirdiyini hər kəs növbəti dəfə gördü. Paşinyan görüşü təşkil edənlərin gah birinə,
gah digərinə situativ olaraq yarına, onların maraqlarına tam cavab verən nələrsə səsləndirə bilər, amma
onun nəyisə deməsinin heç bir önəmi yoxdur. Bu reallıq Soçi görüşündə növbəti dəfə üzə çıxdı. 
Görüşə Prezident İlham Əliyev, köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun
Bayramovla  yanaşı, müdafiə naziri və Dövlət Sərhəd Xidmətinin rəisinin də getdiyi Azərbaycanın
bütün ssenarilərə hazır vəziyyətdə olmasını göstərdi. Soçidə Azərbaycanın irəli sürdüyü 5 prinsip
əsasında sülh müaviləsi bağlamaq haqda razılığa gəlinsə idi, Azərbaycan buna hazır idi: amma Putinlə
görüş zamanı Prezident İlham Əliyev sərhəd qoydu. Bu, Qarabağ münaqişəsinin artıq həll edilib, tarixə
qovuşması ilə bağlı idi. Dövlət başçısı bildirdi ki, ancaq və ancaq Azərbaycanla Ermənistan arasında
əlaqələrin normallaşmasından danışa bilərik. 
Azərbaycan tərəfi regionda kommunikasiyanın inkişaf etdirilməsi, qurulması istiqamətində çox
böyük işlər görüb, Ermənistan isə kommunikasiyaların açılmasının qarşısını almaqla məşğuldur.
Ümumilikdə, Rusiya Prezidentinin mövqeyi birgə bəyanatın şərtlərinə mütləq əməl olunması idi. Vaxtilə
Rusiya Prezidenti Vladimir Putin demişdi ki, birgə bəyanatın şərtlərinə əməl etməmək intihara
bərabərdir. Əməl etməyən tərəf isə Ermənistandır.
Vurğun Əmirov,
Sabirabad rayonu Rüstəmli kənd Mədəniyyət evinin müdiri


16:16 04.11.2022