

Bir sıra beynəlxalq tədbirlərdə Azərbaycan prezidenti həm Azərbaycanın haqq işi ilə bağlı, həm
də dövrün bəzi imperialist dövlətlərinin yaratdığı ədalətsizliklərlə bağlı qəti çıxışlar etmişdir. Bu
baxımdan Ərəb Dövlətləri Liqasının 31-ci zirvə görüşü xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi,
ərəb dövlətləri arasındakı əməkdaşlıq və yaxınlaşma bizim üçün də faydalıdır. Bu dövlətlərlə
münasibərtlərin normal olması balanslı siyasətimizi tamamlayır. Eyni zamanda bu dövlətlərin də bəziləri
uzun müddət qərbin imperialist siyasətinin hədəfi olmuşdur. Həmin ölkələrin vətəndaşlarına qarşı
soyqırım siyasəti həyata keçirilmişdir.
Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb
Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Cənab
Prezidenti İlham Əliyev Bu mötəbər Sammitdə iştirak etməsi ölkələr arasında birliyi və sıx əlaqələri
nümayiş etdirir.
Sammitdə cıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir çox
məsəslələrə işarə etmişdir. Bunlardan biridə Fransanın Şimali Afrikada xüsusilə Əlcəzairdə törətdiyi
zorakılıqlar və kütləvi qəddarlıqla günahsız insanlırın həyatına son qoymaqlarıdır. Fransanın bu kimi
əməlləri bütün dünya təfindən pislənilməli və hesabı soruşulmalıdır. Cənab Prezidentində qeyd etdiyi
kimi bu kimi kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. “Fransa yüz ildən çox bir müddət
ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin
ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması
üçün əlimizdən gələni etməliyik.” Eyni zamanda Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib.
Bu məsələyədə toxunan Cənab Prezidenti İlham Əliyev Sammitdı bu fikirləri bölüşərək bildirib.
“Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır. “İki il əvvəl
Azərbaycan, qeyd etdiyi kimi, bu münaqişəyə son qoydu. Biz bunu öz gücümüzlə etdik. Biz BMT
Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və
ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik. Ermənistan kapitulyasiya etməyə
məcbur oldu. İndi isə bizim torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq.”
Yekunda qəti şəkildə deyə bilərik ki, bu gün Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətə
yaxşı əyandır və biz öz mövqeyimizdən bir addım belə geri çəkilməyəcəyik və ölkə başçımız haqlı
mövqeyimizi istənilən tribunadan cəsarətlə səsləndirmək gücündədir.
Rəfail Səfərov,
Sabirabad rayonu Gənclərin Kariyera və İnkişaf Mərkəzinin könüllüsü