isaznow.com
Az Iw En Ru

Ərəb ölkələrinin liderləri qarşısında haqlı mövqeyimz bəyan edildi

Vətən Müharibəsindən əvvəl də, şanlı qələbəmizdən sonra da Cənab Prezident İlham Əliyev
Azərbaycan həqiqətlərini bir çox nüfuzlu tribunalardan dünyaya bəyan edib. Ölkə başçısı hər dəfə
diplomatic dildə erməni vəhşiliyini dolğun şəkildə izah edib.
Bu dəfə də Ərəb ölkələrinin liderləri qarşısında Əlcəzairdə beynəlxalq ictimaiyyətə haqlı
mövqeyimzi bəyan etdi.
Ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızın bütün rayon və bölgələrinə, o cümlədən
işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri bu ərazilərdə aparılan yenidənqurma işlərinin
dövlətin tam nəzarətində saxlandığını göstərir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ədalətin, 
beynəlxalq hüququn mövcudluğunu dünyaya sübut edən, həmçinin  müharibənin getdiyi günlərdə
ermənilərin cəbhə xəttinə yaxın olan ərazilərimizdə törətdiyi terror aktlarını əsaslı şəkildə beynəlxalq
ictimaiyyətə çatdıran, düşmən tərəfin feyk xəbərlərini ifşa edən Azərbaycan artıq 30 illik işğal dövrünün
Azərbaycanı deyil. Elə o zaman da, bu gün də ermənilərin törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb.
Azərbaycanın  öz ərazisində belə cəhdlərin qarşısını alması  suveren hüququdur.
Zaman-zaman xalqımıza ermənilərin ssenarisi ilə vurulan zərbələr az olmayıb.  Dözülməz faktdır
ki, ermənilər törətdikləri vəhşilikləri ən yüksək səviyyədə bəyan edir, bunu qürürla dillərinə gətirir.
Onlar yaşlıları, qadınları, uşaqları necə qəddarlıqla öldürdüklərindən fəxarətlə bəhs edirlər. 30 il ərzində
Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün qanunlara hörmətsizlik nümayiş etdirib. İşğal olunmuş
ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın.
Bu kombinasiyanın məqsədi, həm də daha çox insan öldürmək üçün partlayışın dalğasını maksimum
böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalayıb, bircə bu
faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir.
Ermənistan silahlı qüvvələrinin istər atəşkəs, istər müharibə, istərsə də postmüharibə dövründə
mülki əhaliyə qarşı hücumları bütün insani, bəşəri hisslərə, ənənələrə, beynəlxalq qanunlara zidd və
qəbuledilməzdir. Təəssüf ki, dünya birliyi, beynəlxalq  təşkilatlar buna göz yumurlar. Amma gec-tez
Ermənistan bu cinayət əməllərinə görə cavab verəcəkdir.
Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş torpaqları
təhlükəsiz, yararlı hala gətirə biləcək.
Vüqar Hüseynov,
Sabirabad rayon Su Kanal sahəsinin müdiri


15:05 05.11.2022