isaznow.com
Az Iw En Ru

Azərbaycanlılar böyük fəxarətlə, məğrurluqla Zəfərimizin qürurunu yaşayır

Qarabağ münaqişəsi Azərbaycanın 30 illik ağrılı, danışıqlar yolli ilə həlli uzadılan problemi
olmuşdur. 44 günlük Vətən müharibəsi sayəsində Azərbaycanda bu münaqişəyə son qoyuldu. 1 milyon
soydaşımızın torpaq həsrəti bitdi.
27 sentyabr 2020-ci il tarixi Azərbaycan xalqının heç zaman unutmayacağı, qürur və fəxarətlə
yada salacağı xalqın yumruq kimi birləşdiyi gündür. II Qarabağ savaşının “Dəmir Yumruq” əməliyyatı
adlandırılması bu mənada böyük məna daşımışdır. Həmin 44 gün ərzində millətindən, dinindən asılı
olmayaraq bu torpaqda yaşayan hər bir Azərbaycan vətəndaşı Vətən qarşısında öz borcunu verməyə
çalışdı. Arxa cəbhə bütün diqqətini fədakarlıqla döyüşən ön cəbhədəki hərbiçilərimizdən gələcək xoş
xəbərə yönəltdi. Müzəffər Ordumuzun şücaəti, əzmi qarşısında aciz qalan ermənilər ətrafdan özlərinə
havadarlar tapmadıqda “Dəmir Yumruq” qarşısında məğlubiyyətlərini etiraf etməli oldular.
10 noyabr 2020-ci il üçtərəfli müqavilənin imzalanması tarixi gün kimi Zəfərimizin, Şanlı
Azərbaycan Ordusunun fədakarlığı, əzmi, vətənpərvərliyilə Ermənistan ordusunu diz çökdürdüyünün
rəsmi görüntüsüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan
Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imza
atdıqları müqaviləyə əsasən, Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam
dayandırılması elan olundu. Erməni ordusu Ağdam, Laçın və Kəlbəcərdən çıxarılmasına qərar verildi. 9
bənddər ibarət bu müqavilədə müharibəyə son vermək üçün tərəflər arasında şərtlər qoyuldu.
“Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” cənab Prezident İlham
Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında
Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Sərəncamda göstərilmişdir: “Azərbaycan xalqının əzmi və
iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən
mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan
xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut
etdi və düşmən üzərində tarixi zəfər çaldı”.
Artıq bir çox dünya dövlətləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir, örkəmizin
ərazi bütövlüyününə hörmətlə yanaşır. Üçtərəfli müqavilədən sonra Ermənistan tərəfi bəzi məsələlərdə
danışıqlara, imzalanmış müqaviləyə əməl etməməyə çalışsa da, Azərbaycan öz siyasi mövqeyini davam
etdirir. Döyüş meydanında mərdliklə savaşan Şanlı Azərbaycan Ordusunun Zəfəri diplomatik
danışıqlarla davam etdirilir. Bu gün 30 il davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandanın
düzgün siyasəti və Müzəffər Ordumuzun sayəsində son qoyulmuşdur.  Dünyanın hər yerində yaşayan
azərbaycanlılar böyük fəxarətlə, məğrurluqla bu Zəfərimizin qürurunu yaşayır.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək
ordenli


03:40 08.11.2022