isaznow.com
Az Iw En Ru

Zəfər Günü Azərbaycanın qüdrəti və qətiyyəti ilə yazılmış unudulmaz tarixdir

Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında qazanılan möhtəşəm zəfərimizin 2-ci ildönümünü qeyd etmək ərəfəsindədir. Dövlətimiz işğalçı
Ermənistan üzərində qazandığı bu parlaq qələbə sayəsində otuz ilə yazın bir müddətdə işğal altında qalan
ərazilərimizi azad etməklə bərabər, xalqımızın qalib ruhunu, yenilməzliyini və öz torpaqlarını kimsəyə güzəştə
getməmək əzmini bütün dünyaya nümayiş etdirdi.
Əldə olunan böyük Zəfər sadəcə, dövlətimizin ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı. Bu qələbə
həm də Azərbaycanın beynəlxalq nüfuzunu maksimum həddə yüksəldərək, hərbi qüdrətinin və söz sahibliyi
haqqının birbaşa təsdiqi kimi qəbul olundu. Bəli, dünya miqyasında bir çox ölkələr, beynəlxalq təşkilatlar, hətta
bəzi dost çevrələr belə Azərbaycanın uzunmüddətli işğalla barışmaq məcburiyyətində olduğunu düşünür, “məğlub
tərəf” qismində qəbuledilməz güzəştlərə getməyinin zəruriliyini açıq şəkildə, ya da eyhamlarla dilə gətirirdilər.
Ancaq dünyanın ən köklü toplumlarından biri olan xalqımız inanılmaz dərəcədə güclü təzyiqlər qarşısında
geri çəkilmədi, hər zaman müqəddəs saydığı torpaqlarımızın düşmən tapdağında qalması ilə bir an da barışmadı
və zamanı gələndə qəhrəman əsgərimizin şücaəti ilə onilliklər boyunca davam etmiş erməni işğalına son qoydu.
Əlbəttə, bu qələbə asanlıqla əldə edilmədi. Ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə 3 minə
yaxın vətən övladı öz canından keçərək Ali şəhidlik məqamına ucaldı. Minlərlə soydaşımız bu müqəddəs
vəzifənin icrası zamanı müxtəlif dərəcəli xəsarətlər alaraq qürurlu Qazi ünvanına yetişdi.
Əlbəttə, bu qələbənin qazanılmasında ən böyük amillərdən biri də müharinəbin ilk anından etibarən, xalqımızın
yumruq kimi birləşməsi, düşmən qarşısındə öz vəhdətini möhkəmləndirməsi və hər kəsin öz işini vicdanla yerinə
yetirməsi çox mühüm rol oynadı. Həqiqətən də, müharibə günlərində xalqımızın bütün fərdləri bir-birilərini
tamamlayaraq çox müsbət örnək yaratdılar.
Əlamətdar haldır ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ən yeni texnologiyalara
əsaslanan taktika tətbiq edərək, XIX əsrin hərb sənətində yeni mərhələyə keçid etdi. Təsadüfi deyil ki, bu
taktikanın effektivliyi dünyanın aparıcı dövlətlərini Azərbaycanın təcrübəsini dərindən öyrənməyə və öz
ordularında yaymağa sövq etdi.
Qazanılan qələbənin ən mühüm nəticələrindən biri də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərək
Cənubi Qafqazda yeni şəratin əsasını qoyması oldu. Əslində, müharibəyə qədər olan dövrdə də işğal faktının
davam etməsinə baxmayaraq, Azərbaycan bölgədə aparıcı mövqeyini təmin etmişdi və bütün regional layihələrin
həyata keçirilməsi məhz ölkəmizin iradəsindən asılı vəziyyətə düşmüşdü.
Müharibədən sonra yaranmış yeni şərait isə Azərbaycanın mövqelərini daha da gücləndirib. İndiki
vəziyyətdə ölkəmizin qazandığı strateji üstünlük Azərbaycanın malik olduğu potensialdan tam və maksimum
səmərəli istifadəsi üçün geniş imkanlar açıb.
Möhtəşəm Zəfərimizdən danışarkən, əlbəttə ki, bu qələbənin əsas memarı, Prezident, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin misilsiz fəaliyyətini qeyd etməmək mümkün deyil. Sözsüz ki, qələbəmizdə
həlledici rol oynayan Güclü dövlət – Güclü ordu prinsipi Cənab Prezidentin hakimiyyətdə olduğu müddət ərzində
gerçəkləşdirdiyi məqsədyönlü fəaliyyət nəticəsində reallaşıb və böyük Zəfərimiz üçün zəmin yaradıb.
Dövlət başçısı da öz çıxışlarında dəfələrlə bildirmişdi ki, böyük dövlətlər Azərbaycana fasiləsiz təzyiq
göstərərək, ölkəmizi güzəştə getməyə vdara etmək istəyiblər. Amma bu basqılar cənab İlham Əliyevon sarsılmaz
qətiyyəti sayəsində dəf olunub. Sözsüz ki, dövlət başçısının bu ardıcıl siyasəti xalqın əhvalına və mübarizliyinə də
əhəmiyyətli təsir göstərib. Başqa sözlə, cənab Prezidentin mübarizliyi və xarici təzyiqlər qarşısında mərdliklə dik
dayanması növbəti mərhələdə Azərbaycan əsgərinin düşməni sarsıdıcı məğlubiyyətə uğratmasını şərtləndirib.
Noyabrın 8-də Azərbaycan ikinci dəfə Zəfər Gününü qürur və sevinclə qeyd edəcək. Qələbəmizdən cəmi
iki il keçməsinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə
bərpa işləri çox sürətlə aparılır. Məcburi köçkünlərimizin öz yurdlarına qayıdışı üçün infrastrukturun bərpa
edilməsi istiqamətində böyük işlər görülüb. Artıq Füzuli və Zəngilanda beynəlxalq hava limanları istifadəyə
verilib. Xalqımız əmindir ki, Zəfər Gününün növbəti ildönümlərində işğaldan azad edilmiş ərazilər artıq
məskunkaşdırılacaq və həmin bölgələrdə həyat yenidən qaynayacaq.
Zəfər Bayramımız Mübarək Olsun!.
Qalib İbrəhimov,
Sabirabad RİH başçısının Çöl Beşdəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


15:41 08.11.2022