isaznow.com
Az Iw En Ru

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi

Azad müstəqil Azərbaycanımızın təqviminə qırmızı rənglə qeyd olunan bir gün də əlavə olundu.
Xalqımız artıq 2 ildir Zəfər gününü Vətənimizin bütün güşələrində böyük təntənə, fəxr və qürur hissi ilə
qeyd edir. Xalqımız  30 il idi ki bu günü  səbirsizliklə gözləyirdi.
Birinci Qarabağ müharibəsini başa çatdıran atəşkəs müqaviləsi imzalandıqdan sonra da ermənilər
cinayətkar əməllərini davam etdirir,cəbhə xəttində tez-tez gərginlik yaradır,təxribatlar törədirdilər.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən olkə
başçımız cənab İlham Əliyev öz təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində respublikamız
davamlı iqtisadi inkişafa nail oldu,dünyadakı nüfuzunu daha da artırdı,regionun siyasi,iqtisadi və mədəni
mərkəzinə çevrildi.
Lakin Prezidentimizin çıxışlarında qeyd edildiyi kimi ,ərazi bütövlüyümüzün bərpası onun
siyasətində bir nömrəli vəzifə idi.Bütün istiqamətlərdə qazanılan uğurların,əldə edilən nailiyyətlərin bir
hədəfi var idi-işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev hakimiyyəti illərində münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycanın səyləri
davam etdirilmişdir. Bütün bu illər ərzində Azərbaycan Respublikası münaqişənin həllinin yalnız onun
ərazi bütövlüyün təmin olunması və bu ərazilər üzərində suveren dövlət hüquqlarının tanınması şəklində
mümkün olduğunu dəfələrlə bəyan etmişdir.Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın heç
zaman ərazisinin itirilməsi ilə razılaşmayacağını bildirmişdi.O,qeyd edirdi ki ,bu məsələnin həllində
beynəlxalq hüquq normalar əsas götürülməlidir.Dövlətimizin başçısının prinsipial,qətiyyətli mövqeyi
sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyini çətin
vəziyyətə qoyur,həmçinin işğalçı ölkə kimi onu beynəlxalq  iqtisadi layihələrdən kənarda
saxlayırdı.Ermənistan rəhbərliyi yaranmış siyasi böhrandan çıxış yolunu yeni hərbi təxribatlarda
görürdü.2016-ci il aprel,2017-ci il iyul və 2020 il iyulda erməni təxribatlarının qarşısı qətiyyətlə
alındı,bütün dünyaya Azərbaycan ordusunun gücünü,qələbə əzmini göstərdi.
Bununla yanaşı, Prezident İlham Əliyev çıxışlarında bildirirdi ki,əğər danışıqlar prosesi nəticə
verməzsə,işğal edilmiş əraziləri hərb yolu ilə azad edəcəyik.Bunu ölkə başçımız Ermənistan rəhbərliyinə
və Minsk qrupunun həmsədr ölkələrin diqqətinə çatdırmışdır.
Prezident İlham Əliyevin 2003-cü ildə prezident seçilməsindən sonra ordu quruculuğuna diqqət daha da
artırıldı.Yeni hərbi doktrina hazırlandı,Azərbaycan Ordusunun döyüş qabiliyyəti artırıldı,dünyanın ən
müasir silahları ilə təchiz edildi.
Ermənilərin təxribatları,nümayişkəranə hərəkətləri və ifadələri sülh danışıqlarının vaxt itkisi
olduğunu açıq-aşkar göstərdi. Xalqımızın səbr kəsası dolmuşdu. Azərbaycan Respublikası
Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanın İlham Əliyevin əmri ilə Azərbaycan silahlı
Qüvvələrin əks-hücum əməliyyatı başlandı. 44 günlük müharibədə Ali Baş komandan-Xalq- Ordu birliyi
dəmir yumruğa çevrilərək düşmənin məhv edilməsi ilə nəticələndi.
Artıq bu gün Ermənistan-Azərbaycan münaqişəsi tarixə qovuşdu. Dövlət başçısı,Müzəffər Ali
Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, Prezident kimi gərgin əməyin nəticəsində
Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu,xalqımızı dünyada mübariz,döyüşkən və müzəffər xalq kimi
tanıtdı.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


16:42 08.11.2022