isaznow.com
Az Iw En Ru

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi  xalqımız üçün ikiqat əlamətdardır. Bayram artıq 30 ildən
sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd ediləcəkdir.
Hər bir dövlətin, millətin  varlığını təsdiqləyən bayraq  dövlət atributları içərisində seçilir. Türk
dünyasında  “tuğ” adlandırılan dövlət bayraqları müqəddəs sayılmış, ucadan uca  hesab edilmişdir. Elə
buna görə də  ən əlamətdar günlərdə belə sevincimizin ilk şahidi, müjdəçisi də üçrəngli bayrağımız olur.
Sovetlərin tərkibində olarkən   məcburən üçrəngli bayrağımız “oraq çəkicli” bayraqla əvəz olunsa da  
həqiqət zamanla səsləşən  ədaləti ilə    hökmünü verdi. Sovet ideologiyasından  azad olduqdan sonra
müstəqilliyini əldə edən   Azərbaycan xalqı  yenidən üçrəngli bayrağına sahibliyini də qazandı.
1990-cı il  noyabrın 17-də ulu öndər  Heydər Əliyevin sədrliyi ilə  keçirilən Naxçıvan MSSR Ali 
Sovetinin  sessiyasında Azərbaycan Xalq Gümhuriyyətinin dövlət rəmzləri – bayrağı, gerbi, himni bərpa
olundu. Azərbaycançılıq məfkurəsinin formalaşmasına nail olan Ulu Öndər sonrakı illərdə verdiyi
sərəncamlarla  milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına da  geniş imkan yaratdı.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 17 noyabr
2009-cu ildə  imzaladığı   Sərəncamla  Dövlət Bayrağı Günü təsis olundu. Beləliklə hər il həmin tarix
ümumxalq bayramı kimi qeyd  edilir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində
Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət
bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu il sentyabrın 1-də Bakıda
Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq bildirib: “Bizim bayrağımız qürur
mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət
bayrağı dalğalanır”.
Sevindirici və fərəhverici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə qalibiyyətlə başa çata 44 günlük Vətən müharibəsi işğal altındakı torpaqlarımızın azad
edlməsi ilə nəticələndi. Artıq indi üç rəngli bayrağımız  doğma Qarabağımızda – Şuşada, Ağdamda,
Zəngilanda, Füzulidə, Kəlbəcərdə, Qubadlıda, Laçında dalğalanır.
Eşq olsun, Azərbaycan bayrağına!
Anar Xəlilov,
Sabirabad RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə


22:35 08.11.2022