isaznow.com
Az Iw En Ru

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir

Tarixi inkişaf yollarından asılı olaraq dövlətçilik rəmzləri daim dəyişir.Belə ki, “Azərbaycan
Respubublikası Prezidenti Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə
Azərbaycan xalqına müraciəti”ndə gostərilir ki, müasir Azərbaycan rəmzləri Parlament, hökümət, ordu.
pul vahidi Bayraq, Gerb, Himn və Konstitusiyadır.
Heydər Əliyev milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını və inkişaf
etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış
xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir.
Heydər Əliyevin ucaltdığı bayraq bu gün etibarlı əllərdədir, onu ölməz şəxsiyyətin ləyaqətli siyasi varisi
cənab İlham Əliyev aparır.
2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları
haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi dövlət rəmzlərinin qanunvericilik
bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş mühüm tədbirlərden biridir.
2007-ci il noyabr ayının 17-də Prezident İlham Əliyev tərəfindən “Bakıda Dövlət Bayrağı
Meydanının yaradılması” və 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı
Gününün təsis edilməsi haqqında” olan Sərəncamlar dövlət başçısının və Azərbaycan xalqının Dövlət
bayrağına olan dərin dərin ehtiramının və yüksək dəyərin bariz nümunəsidir.Ölkə başçısının imzaladığı
bu sərəncamlar Dövlət bayrağının dövlət bayrağının dövlət rəmzləri sırasında tutduğu əhəmiyyətli yeri
və rolunu, xalqımızın qədim tarixini, mədəniyyətini, milli–mənəvi dəyərlərini dünya ictimaiyyətinə
təbliğ etmək naminə gördüyü uğurlu siyasətin ifadəsidir.
Məhz Prezidentin səyi nəticəsində Dövlət Bayrağı Günü indi dövlət səviyyəsində keçirilən ən
əhəmiyyətli bayramlar sırasındadır. Bu bayram Azərbaycan xalqını daha da sıx birləşdirir, həmrəy edir.
Bu da bir daha möhtərəm Prezident İlham Əliyevin müstəqil Azərbaycanın dövlətçilik rəmzlərinə və
ənənələrinə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideyasına, milli-
mənəvi dəyərlərin qorunmasına sadiqliyini əyani şəkildə sübut edir. Bu gün doğma vətənimiz
Azərbaycanda dalğalanan bayrağımız hamımızda böyük iftixar hissi yaradaraq xalqın müstəqil
dövlətçiliyini qorumaq, inkişaf etdirmək və yaşatmaq əzmini göstərir. [6,səh 36]
Müstəqil dövlətçiliyimizin rəmzləri ilə bağlı Azıərbaycan dövlətinin qurucusu Heydər Əliyevin
fikirləri tarixi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan
dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Azərbaycan Bayrağı-Azərbaycan
Vətəndaşlarının namus və qeyrət emblemi olub, dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqidir.
İlkin İmanov,
64 saylı Sabirabad ikinci Dairə Seçki Komissiyasının sədri


01:37 09.11.2022