isaznow.com
Az Iw En Ru

Bayraq Azərbaycan Respublikasının mühüm dövlət rəmzlərindən biridir

1918-ci il mayın 28-i tarixində  Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət
olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi
qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın
bayrağı kimi təsdiq edildi. Daha sonra Azərbaycan bayrağının dəyişdirilməsi ideyası yarandı. Türkçülük,
İslamçılıq və Müasirlik ideyalarını özündə əks etdirən  üç rəngli ay ulduzlu bayrağımız Azərbaycan
Xalq Cümhuriyyətinin Dövlət bayrağı kimi ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin
iclasında qəbul edildi  və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası
üzərində qaldırıldı. 1918-ci il  dekabrın 7-də Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin açılışı
zamanı üç rəngli  Azərbaycanın bayraqı Parlament binası üzərində qaldırıldı. Bu bayraq  1920-ci ilin
aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Üç rəngli bayrağımız  1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri, Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan
Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Daha sonra 1991-ci il fevralın 5-də
Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun
qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq
Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi.
2009 –cu il noyabrın 17-də  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı
Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Bu müqəddəs Bayraq
altında birləşən xalqımız 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı 44 günlük Vətən
Müharibəsində işğal altından azad etdi. Minlərlə Azərbaycan oğlu bu müqəddəs Bayraq uğrunda canını
fəda etdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlı üçün müqəddəs, əziz
və əvəzolunmaz olan bayrağımızı işğaldan azad olunmuş rayon və şəhərlərimizdə qürurla ucaltmışdır.
Bayraqları bayraq yapan üstündəki qandır, Bir torpaq əgər uğrunda ölən varsa, Vətəndir!
Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


16:39 09.11.2022