isaznow.com
Az Iw En Ru

Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi

30 ildən çox Azərbaycan xalqı səbr göstərdi. Biz hüququn gücünə inandıq, hüququn ədalətini
gözlədik, danışıqlar prosesinə hazır olduğumuzu nümayiş etdirdik. Çox təəssüf ki, təcavüzkar dövlət
olan Ermənistan bundan sui-istifadə edərək özünün işğalçı siyasətini pərdələdi. Nəhayət, haqq-ədalət öz
yerini tapdı. Müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına
qarşı Zəfər yürüşünə başlayan Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə ədalət
məhkəməsini özü qurdu. 2020-ci il sentyabrın 27 Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin növbəti
hücumuna məruz qalmışdır, 44 günlük müharibədə işğalçı Ermənistanın ordusu bütünlüklə məhv edildi,
düşmən diz çökdü və 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda
Qubadlı, 8 noyabrda isə Şuşa şəhəri azad oldu. 10-da Ermənistan dövləti üçün kapitulyasiya aktı sayılan
üç tərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.
2020-ci ilin 10 noyabr gecəsi Prezident İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə
müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli
istiqamətində son nöqtə olacaqdır”.
30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan Zəfər bizi Azərbaycan Respublikasının
torpaq bütünlüyünün təmin edən, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar
olunduğu o böyük günə çatdırdı. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı
və bütün dünyada böyük nüfuzu var. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin
imzaladıqları sənədə əsasən düşmən dövlət üzərinə bir sıra öhdəliklər götürdü və dekabrın 1-dək
Ağdam, Kəlbəcər, Laçın rayonlarını döyüşsüz respublikamıza təslim etdi. Beləliklə, Azərbaycan
hədəfinə çatdı və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Vətən müharibəsinin ilk günlərindən, ilk
saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb
Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt
açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi
dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir, qalxan xalqın qələbə sevinci bitib-
tükənmirdi. Ölkənin bütün regionlarında sakinlər küçələrə çıxaraq, böyük coşqu ilə qeyd edirdilər.
Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir, azərbaycanlı
məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin
etmək üçün ardıcıl addımlar atan Azərbaycan Hökuməti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata
uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində tədbirlər
görülür.
Mahir Tarverdiyev,
Sabirabad rayon Sosial-iqtisad kollecin direktoru


18:56 10.11.2022