isaznow.com
Az Iw En Ru

10 noyabr Üçtərəfli Bəyanatı Azərbaycanın maraqlarına cavab verir

2020-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir
Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya
Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri birgə Bəyanat imzalamaqla 44 günlük
Vətən müharibəsinin başa çatmasını və Ermənistanın bu müharibədə məğlubiyyətini rəsmiləşdirdilər.
Prezident, Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə
düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün
çıxış qrafikini təqdim etməyə məcbur oldu. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan
tökülmədən qaytarıldı. Bəyanatda Qarabağa heç bir status verilmədi. 132 km uzunluğunda Azərbaycan-
İran Dövlət sərhəddi bərpa edildi. Artıq bu gün Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün
sərhədlərində Vətənin keşiyini çəkir.
Müharibə günlərində qardaş Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə
cəhdlərini alt-üst etdi, həm də Ermənistanın havadarlarına bir mesaj oldu. Türkiyədən dəstək və
həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Təcavüzkar ölkə və onun hamiləri bir
daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını
sonadək müdafiə edəcək. İki qardaş ölkə arasında ictimai-siyasi müstəvidə də əməkdaşlıq uğurla inkişaf
etməkdədir.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla davam edir. Qardaş ölkə Vətən
müharibəsində olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğanın otən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının, bu il oktyabrın 20-
də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində, eləcə də Zəngəzur dəhlizinin – Horadiz-
Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda “Dost Aqropark”ın təməli qoyma
və digər tədbirlərdə iştirakı bunun bariz nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı bir daha
bəyan etdi ki, iki qardaş ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra belə də olacaq.
Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Qələbənin qazanılmasında bütün
Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.
Mircamal Həşimov,
Sabirabad rayon H.Z.Tağıyev adına 6saylı şəhər tam orta məktəbin


04:57 11.11.2022