

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü
münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər
qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlər bir neçə istiqamətdə diqqət çəkir.
Qəhrəman övladlarımızın dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət
edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdığınıvurulayan dövlətimizin başçısı
deyib: “Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət
edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara
dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni
məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb”.
Ölkə başçısının toxunduğu diqqətçəkən məqamlardan biri Qarabağda müvəqqəti yerləşən Rusiya
sülhməramlıları ilə bağlıdır. Prezident İlham Əliyev bildirib ki, Qarabağ bizim torpağımızdır, rus
sülhməramlılar orada müvəqqəti yerləşiblər: “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada
müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel
bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.
Ölkə başçısı həmçinin ermənipərəst qüvvələrin Azərbaycan məscidlərini dağıdanlarla
əməkdaşlığını da sərt tənqid edərək vurğulamışdır: “Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr
qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə
qarşı təcavüzkar siyasət aparır”.
Azərbaycan Prezidenti noyabrın 8-də çıxışında bu il sentyabrın ortalarında baş verən döyüşlərə də
toxunub. Bunu Ermənistanın təxribatlarına cavab adlandırıb: “13-14 sentyabr əməliyyatından sonra
Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri
yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir”.
Cənab Prezident çıxışında Azərbaycanın sülh tərəfdarı olduğunu bir daha diqqətə çatdırmışdır:
“İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında
imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq.
Ondan sonra nə olacaq, onu həyat göstərər.Vətən müharibəsindəki Qələbəmizimkan verir ki, biz bu
sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi,
bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa
etdik”.
Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi