

Türk Dövlətləri Təşkilatının (TDT) Doqquzuncu Zirvə Görüşü 11 noyabr 2022-ci il tarixində
Səmərqənddə “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” mövzusunda
keçirilib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ev sahibliyi etdiyi Zirvə Görüşündə
Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan
Prezidenti Sadır Japarov, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan
Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş naziri Viktor
Orban iştirak ediblər.
Noyabrın 11-də Səmərqənddə keçirilən Zirvə Görüşündə türk dünyasının lüderlərinin qərarı ilə
TDT sədrliyi Türkiyədən Özbəkistana keçib. 2023-cü ildə Qazaxıstanda keçiriləcək növbəti Sammitə
qədər müddətli sədrlik Özbəkistana həvalə olunub. Özbəkistan Prezidenti Şevkət Mirziyoyev təşkilatın
müvəqqəti prezidenti olub.
Zirvə toplantısında türk dünyasının liderləri, tarix boyu türk sivilizasiyasının inkişafında mühüm
rol oynayan, türk dünyasının siyasi-ticarət-mədəniyyət mərkəzi kimi xidmət edən Səmərqəndi “Türk
dünyasının sivilizasiya paytaxtı” elan ediblər.
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları təşkilatın baş katibi Bağdad Amreyevin
yerinə Qırğızıstan Respublikasının Ankaradakı səfiri Kubanıçbek Ömüralıyevi qurumun yeni baş katibi
təyin ediblər.
Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də türk dövlətləri arasında əməkdaşlığın
gücləndirilməsidir. Ümumiyyətlə, Azərbaycan Türk Dövlətləri Təşkilatınada əsas aparıca rola malik
olan dövlətdir. “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə
möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”. Prezident İlham
Əliyevin Zirvə Görüşündə çıxışında dediyi bu fikir dövlətimizin mövqeyini bir daha təsdiqləyir. Cənab
Prezident qeyd edib ki, türk dünyası böyük bir ailədir: “Türk dünyası bir-birimizin milli maraqlarını
nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari,
mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı,
təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.
44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfər qazanması türk dünyasının da böyük
sevincinə səbəb olub. Dövlətimizin başçısı türk dövlətlərinin hər hansı zirvə görüşündə Qarabağ
münqaşəsinin həll olunmasını, Ermənistanın məğlubiyyətini böyük qürur hissi ilə qeyd edir. Bu Zirvə
Görüşündə də Prezident İlham Əliyev Azərbaycan xalqının Zəfər Gününü fəxrlə qeyd etməsini, eləcə də
Ermənistanın vandallizm və təcavüzkarlıq siyasəti, işğaldan azad olunan ərazilərdə aparılan abadlıq-
quruculq işləri haqda danışıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan xalqı Qarabağın və Şərqi
Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi:
“İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, tarixi ədalət və beynəlxalq hüquq
bərpa olundu. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü
icra etdi”.
Xatırladaq Türk Dövlətləri Təşkilatının (TDT) Doqquzuncu Zirvə Görüşündə bir sıra sənədlər, o
cümlədən yekun Səmərqənd Bəyannaməsi imzalanıb. Diqqət çəkən məqam odur ki, Səmərqənd
Bəyannaməsində türk dünyasının liderləri Azərbaycan və Ermənistan münasibətləri, qarşılıqlı
suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı
tanınması və hörmət edilməsi əsasında normallaşmanı dəstəklədiklərini bir daha təsdiq ediblər.
Həmçinin Azərbaycanın münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə
töhfə verməyə hazır olduqlarını bir daha qeyd ediblər. Bəyannamədə Zəngəzur dəhlizinin açılması da
xüsusi olaraq vurğulanıb.
Bütün bunlar bir daha təsdiqləyir ki, türk sivilizasiyası yeni dövrə qədəm qoyub. Türk dünyası
ortaq inkişaf və tərəqqiyə doğru irəliləyir. Eyni zamanda türk dövlətləri ümummilli problemlərinin
həllinə biganə qalmır, həmrəylik göstərərək yaxından dəstək verirlər.
Əlabbas Şıxəliyev,
“Sabirabad Konserv” ATSC-nin sədri