isaznow.com
Az Iw En Ru

Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin  siyasi irsinin institusional təcəssümüdür

Ötən əsrin sonlarında Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi hadisələr, dövlətçilik
təcrübəsindən xəbərsizlərin Azərbaycana rəhbərliyi müharibə şəraitində yaşayan ölkəmizi uçuruma
aparırdı. İnsanlar təlaş içərisində idilər. O dövrdə xalqı bir ideya ətrafında birləşdirəcək vahid təşkilata,
qətiyyətli liderə ehtiyac duyulurdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, Azərbaycan
tarixinə “91-lər” kimi yazılan böyük hörmətə layiq ziyalılar Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinin Sədri Heydər Əliyevə müraciət edərək xalqı düçar olduğu bəlalardan qurtarmaq üçün çıxış
yolu tapmağa çağırdılar. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi. Həmin hadisə yenicə müstəqilliyini qazanmış respublikamızın
həyatında tarixi hadisə, dönüş nöqtəsi oldu.
Hakimiyyətə qayıdışı ilə Azərbaycanı təhlükələrdən xilas edərək xilaskar adını qazanan ulu
öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası bu gün tək ölkəmizdə deyil,
regionda və dünyada vahid siyasi qüvvə kimi tanınır. Düz 30 il öncə Ulu Öndər Heydər Əliyevin
yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmiş, qısa
müddət ərzində ümumxalq partiyasına çevrilmişdir.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün
Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit
və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları
birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin
möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan
həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq,
azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında
duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi
gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Ulu Öndərin müdrikcəsinə müəyyənləşdirdiyi inkişaf strategiyasının dövlətimizin başçısı
tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan dünya miqyasında, özünə güvənən, güclü,
nüfuzlu ölkə kimi tanınır, bütün sahələr ciddi uğurlara imza atır. Bu gün Azərbaycanda ictimai-siyasi
sabitlik hökm sürür.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


17:49 16.11.2022