

15 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyaya ilk
rəsmi səfəri baş tutub. Hər iki dövlət başçılarının Albaniyanın paytaxtı Tirana şəhərindəki görüşündən
sonra mətbuata birgə bəyanatla çıxış ediblər.
Qeyd edilib ki, Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya
prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Ölkələr arasında siyasi dialoqun çox
güclü dinamizmi vardır.
Albaniya ATƏT-in hazırdakı sədri və BMT TŞ-nın qeyri-daimi üzvü kimi Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir və təmsil olunduğu beynəlxalq təşkilatlarda hər zaman yanımızda olub. İqtisadi
əməkdaşlığımız 5 milyon dollar ticarət dövriyyəsi ətrafındadır. Buna baxmayaraq ölkələrimizarası
iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür.
Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq iki ölkə arasında əlaqələri daha da gücləndirir.
Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm
işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını,
Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək olub.
Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı
bildirib ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı
olub. Biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi
dövründə Albaniya rəsmilərinin bəyanatları Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox
yüksək qiymətləndiririk.
Qeyd edilib ki, görüş zamanı bir sıra məsələlər müzakirə edilib. İqtisadiyyat və sənaye üzrə
yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirəcəkdir. Azərbaycan və Albaniya arasında
önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan
başqa da çox yaxşı imkanlar vardır. Bu qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan
şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir
texnologiyalar sahələridir.
Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində vacib faktora
çevrilib. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji
əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Həmin Memorandum əsasında 2027-ci ilə qədər
Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır. Albaniya Avropa birıliyin daxil olmasa da
münasibətlərimizin yüksək olması Avropa ittifaqı ilə bu ölkə üzərindən əməkdaşlıq imkanlarımızı
genişlənir. Azərbaycanıla Albaniya sərmayələrin qarşılıqlı yatırılmasına başlayıb.
Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə
olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və
qiymətləndirilir. Bunu ölkə başçısı öz çıxışında da qeyd edib. “Bizim qaz ehtiyatlarımız çox zəngindir
və hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfəyə genişləndirilməsi məsələsi müzakirə
olunur. Cənub Qaz Dəhlizi layihəsi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz
Dəhlizinin ayrılmaz hissəsi olan hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Bu, onu göstərir ki,
buna böyük ehtiyac var, təlabat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş
kimi artıq tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük”.
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru