isaznow.com
Az Iw En Ru

Albaniya-Azərbaycan ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə maraqlıdır

Azərbaycanın mühüm enerji layihələrinin həyata keçirilməsində liderliyi və Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür. Təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə
bərabər olan Azərbaycan ötən il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edib. Bu il daha
10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır ki, bununla da ümumi ixrac 22 milyard kubmetrdən
artıq olacaq. Sirr deyil ki, hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi
məsələsi də müzakirə olunur. Eləcə də Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı
tərəfdaş kimi tanınır və qiymətləndirilir. Ona görədir ki, bu ilin iyul ayında Azərbaycanla Avropa
Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaq.
Azərbaycan həmçinin Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Məsələn,
Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmayıb. Lakin Azərbaycan bu sahədə də investor kimi
iştirak edə bilər. Elə Gürcüstan nümunəsi və təcrübəsi buna misal ola bilər. O da aydındır ki,
Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Hər iki ölkə Cənub Qaz Dəhlizinin icrasında çox
önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub
Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri də həmişə çox fəal
iştirak ediblər.
Bu gün Azərbaycan ilə Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur və beynəlxalq
təşkilatlardakı uğurlu əməkdaşlıq iki ölkənin əlaqələrini gücləndirir. Albaniya NATO-nun üzvü kimi
NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək verib: “Eyni zamanda, Albaniya həmişə
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Həm işğal dövründə, həm də Vətən müharibəsi dövründə
Albaniya rəsmilərinin bəyanatları, dəstəyi açıq olub. Bu gün iki ölkə arasında iqtisadiyyat sahəsində də
əməkdaşlıq üçün əlverişli şərait var. Qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin
birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri
uğurlu əməkdaşlıq nümunələri ola bilər.
Naqil İsgəndərov,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru


01:11 18.11.2022