isaznow.com
Az Iw En Ru

Ölkə Prezidentimizin Albaniyaya dövlət səfəri yeni çağırışlara səs verməkdir

Bu ölkə 2022–2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvüdür Ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun əsas prinsiplərindən biri də
Azərbaycana hörmət və ehtiramla yanaşan bütün ölkələrlə münasibətlərin tənzimlənməsi,
əlaqələr qurulması, bərabərhüquqlu və səmərəli əməkdaşlığın təmin edilməsi idi. Bu
prinsiplər bizim Albaniya Respublikası ilə əməkdaşlığımızı da məqsədəuyğun edir.
Üstəlik, Albaniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir.
Belə ki, rəsmi Tirana Azərbaycanın müstəqilliyini 4 yanvar 1992-ci ildə tanımış,
iki ölkə arasında diplomatik münasibətlər isə 23 sentyabr 1993-cü ildə qurulmuşdur.
Ekspertlər yazırlar ki, Azərbaycanla Albaniya arasında siyasi dialoq yüksələn xətlə
inkişaf etməkdədir. 2016–2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
tərəfindən təşkil edilən Qlobal Bakı Forumlarında bir qayda olaraq Albaniya Prezidenti,
həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri iştirak etmişlər.
Xatırladaq ki, Albaniya Prezidenti Buyar Nişani 2016-cı ildə və 2017- ci ildə IV və V
Qlobal Bakı Forumlarında iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir. 2018-ci ilin
və 2019-cu illərin mart aylarında isə Albaniya Prezidenti cənab İlir Meta VI və VII
Qlobal Bakı Forumlarında iştirak məqsədilə ölkəmizə işgüzar səfər etmişdir. Yəni bu
ölkə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə sübut etmişdir.
Cavid Əliyev,
Sabirabad rayon sakini, gənc fermer


16:13 18.11.2022