

Prezidentin cənab ilham Əliyevin Albaniya respublikasına reallaşdırdığı dövlət
səfəri hər iki dövlətin qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi istiqamətdə daha
müfəssəl addımların atılmasını təmin etmək məqsədi daşıyırdı. Xatırladaq ki, Mərkəzi və
Şərqi Avropa ölkələri, o cümlədən, Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın
inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biri olduğu dəfələrlə
vurğulanıb. Cənab Prezidentimizin bu səfərinin məqsədi ölkələrimiz arasında yüksək
səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə
əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Bu səfər ölkələrarası münasibətlərin 30-
cu ildönümü ilə əlaqədar gələn il Albaniyada keçiriləcək “Azərbaycan Həftəsi”nə
hazırlıqla üst-üstə düşdüyünə görə də əlamətdardır.
Bundan başqa, 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın
Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və
ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Onu da əlavə
edək ki, Prezident cənab İlham Əliyev IX Qlobal Bakı Forumunda iştirak edən Albaniya
Prezidenti İlir Meta ilə söhbət zamanı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ
müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib
və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir
daha göstərir.
Əvəz Məmmədov,
Sabirabad rayonu Qaragüney kənd yaradıcılıq evinin direktoru