isaznow.com
Az Iw En Ru

Deputat Ağalar Vəliyevin şirkəti ilə bu bələdiyyə arasında mübahisə düşdü - İş məhkəməlik oldu

Göyçay rayonu, Qarabaqqal bələdiyyəsi məhkəməyə verilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözü gedən qurumla bağlı məhkəməyə "Azəraqrartikinti" ASC tərəfindən müraciət edilib. 

İş Şəki Apellyasiya Məhkəməsində hakim Vəzirxan Məlikovun icraatına verilib. 

Məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlərdir. 

"Azəraqrartikinti" ASC Nizamnamə kapitalı 112 milyon 294 min manatdır, qanuni təmsilçisi isə Ramin Məmmədov Cümşüd oğludur. 

Qarabaqqal bələdiyyəsinin sədri Nəbiyev Nəbi Xəlil oğludur. 

Mətbuatda gedən məlumatlara görə, "Azəraqrartikinti" ASC biznesmen deputat kimi tanınan, "Kristal Abşeron"un əsl sahibi olduğu deyilən Ağalar vəliyevə Məxsudur və  oğlu Pərviz Vəliyevin xüsusi nəzarətindədir. 

32.gun.az


18:49 19.11.2022