isaznow.com
Az Iw En Ru

Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir

Cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı dövlət siyasətinin
əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Partiyamızın Sədri,
möhtərəm Prezident İlham Əliyev YAP-ın qurultay və konfranslarında proqram
xarakterli çıxış, tövsiyə və tapşırıqları hər bir partiya üzvü üçün fəaliyyət proqramı kimi
qəbul olunmalıdır. Prezidentin çağırışları, yeni proqramla tövsiyələri göstərir ki, YAP
yarandığı dövrdəki qədər aktiv bir təşkilata çevriləcək. O zaman ölkəni xilas missiyasını
daşımış partiya bu gün Azərbaycanın bölgədəki missiyasına öz təhfəsini verəcəkdir. Hər
bir siyasi partiyanın keçdiyi yolun əsaslarına diqqət yetirmək, onun fəaliyyətinin
xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq
lazımdır. Bunlardan biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-
siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Ümummilli lider Heydər Əliyev
Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi
zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda
gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan
partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi
təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi
ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq
istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət
etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır.
Aysel Qurbanova,
Sabirabad rayonu Xəlfəli kənd uşaq bağçasının müdiri


00:31 24.11.2022