isaznow.com
Az Iw En Ru

YAP nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə keçirilən
tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri
İlham Əliyevin təxminən 35 dəqiqləlik çıxışını tədbir iştirakçıları, eləcə də mətbuat
vasitəsilə Azərbaycan ictimaiyyəti dinlədi.
Həm hakim, həm də güclü partiyanın sədri Prezident İlham Əliyevin çıxışı diqqət
mərkəzində idi. Bu baxımdan ölkə başçısının çıxışı zamanı səsləndirdiyi yeni fikirlər bir
çox sahələri özündə ehtiva edirdi. YAP-ın yaranması ilə bağlı tarixə ekskursiya olundu,
Ulu Öndər Heydər Əliyevin bu partiyanın yaranması üçün göstərdiyi səylərdən və
Azərbaycanın yeni müstəqilliyə qədəm qoyduğu dövrdə Ulu Öndərin rolunun nə qədər
vacib olduğu vurğulandı. Dövlət başçısı həmin dövrlərdə ölkədə yaranmış olan iqtisadi,
siyasi böhrandan, ölkənin düşdüyü ağır vəziyyətdən, torpaqlarımızın işğal olunmasından
və digər məsələlərdən danışdı. Təbii ki, ərazi bütövlüyümüzün bərpası üçün
iqtisadiyyatımızın və ordumuzun möhkəmlənməsi ilə bağlı görülən işlərin söhbət açdı.
Vurğuladı ki, iqtisadiyyatımız və ordumuz güclənmədən heç cür qalib bir dövlətə çevrilə
bilməzdik.
Ölkə başçısı həmçinin bildirdi ki, ordumuzun inkişafı üçün müəyyən məxfiliklərə
üstünlük verirdik. Bu istiqamətlər üzrə gedən işlər elə məhz dövlət başçısının
hakimiyyətdə olduğu illərə təsadüf edir. Həttə Azərbaycan Prezidenti qeyd edib ki, mən
ata vəsiyyətini yerinə yetirmişəm.
Dövlət başçısı həm Ulu Öndərin arzu və istəklərinin reallaşması, həm də YAP-ın
qarşıya qoyduğu məsələlərin yerinə yetirilməsi ilə bağlı sanki hesabat xarakterli çıxış
sərgilədi. Burada dövlət başçısı uğurlu xarici siyasətlə bərabər beynəlxalq təşkilatlara,
bəzi xarici dövlətlərə mesajlar göndərdi ki, onlar həm müharibə, həm də postmüharibə
dövründə münaqişənin həll olunmasını istəmirdilər.
İlk dəfə idi ki, dağıdıcı olmayan müxalifət partiyalarının nümayəndələrinin, qeyri-
hökumət təşkilatlarının nümayəndələrinin bu tədbirə dəvətli idi. Müxalifət partiyalarının
bu tədbirdə iştirakını qınayan şəxslər başa düşməlidir ki, ölkənin gələcəyi iqtidar-
müxalifət əməkdaşlığından, dialoqdan keçən haldır.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru


15:33 24.11.2022