isaznow.com
Az Iw En Ru

Çay üstündə qala - Kəlbəcər

Azərbaycanın qədim yaşayış məskənlərindən biri də Kəlbəcər rayonudur. Məhz “Kəlbəcər”
sözünün mənşəyi qədim türk dilində (ilkin forması Kevilçer kimi qəbul edilib) “çay üstündə qala
”deməkdir. 1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir.
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvə Camış dağındadır. Burada
ərazinin çox hissəsini meşəlik təşkil edir. Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü
sərvətləri, münbit torpaqları vardır. Kənd təsərüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.
1998-ci ildən başlayan elan olunmamış müharibədə Kəlbəcər camaatı qeyrətlə vuruşaraq təpədən
dırnağacan silahlanmış və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. İşğala
qədər kəlbəcərlilər min əzab-əziyyət çəkdilər, sarsıntılı, səksəkəli günlər yaşadılar. 1992-ci ilin aprelin
8-də Ağdaban kəndi ermənilərin amansız hücumuna dözə bilmədi, işğal olundu. Bu fürsəti əldən
buraxmayan düşmənlər ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Beləliklə, 1993-cü il
aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olundu. İşğal
nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid oldu, 231 nəfər itkin düşdü, yüzlərlə insan şikəst oldu.
1933-cü ilin qiymətləri ilə Kəlbəcərə azı 761 mln. ABŞ dolları dəyərində ziyan dəydi. Mənəvi ziyanlar
isə heç deyiləsi deyil. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının, Cəbrayılın işğalına yol açdı. Bu
artıq Qarabağın iflası demək idi.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib.
Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından
dərhal çıxarılması tələb olunurdu. Lakin həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yeriə
yetirilmədi.
2020-ci il 15 noyabr tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr
tarixində təhvil verilməsi qərarlaşdırılsa da, bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Ermənistan
əhalisi məğlubiyyətlə barışa bilməyərək bölgədə ekoloji terror həyata keçirmişlər.
Nəhayət, 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən
Kəlbəcər rayonu bir güllə belə atılmadan işğaldan azad edildi. Azərbaycan Respublikasının Silahlı
qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Bu, Azərbaycanın döyüş meydanında olduğu
kimi, diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.
2021-ci il avqustun 16-da Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanımı Mehriban
Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Səfər zamanı Prezident İlham
Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını dalğalandırdı. Prezident İlham Əliyevin fikri: “Kəlbəcər ərazi
baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin işğaldan azad edilməsi ilə
Azərbaycanda turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. Ermənistan tərəfi
beynəlxalq hüququn tələbinə uyğun olaraq vurulmuş ziyani ödəməyə məcbur ediləcək.
Müharibə bir daha göstərdi ki, kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər
çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!”
Qönçə Cahangirova,
N.Nərimanov adına 2 saylı şəhər tam orta məktəb-liseyin ingilis-alman dili müəllimi


16:44 25.11.2022