

Azərbaycanın Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də erməni təcavüzkar qüvvələrinin
işğalına məruz qalmışdır. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş,
Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Kəlbəcər ərazi baxımından bizim ən
böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit,
üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian və listvenit yataqları ilə zəngindir.
Ulu Öndər, Heydər Əliyev demişdi ki, “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm
iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox
hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç
şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və
Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci il
sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları
bizə böyük zəfər yaşatdı. 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə
qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı
zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli,
20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı Azərbaycan xalqı həmrəylik nümayiş etdirdi.
Bir daha bütün dünyaya sübut olundu ki, Azərbaycan xalqı mərd, qorxmaz, iradəli, dözümlü və
vətənpərvərdir.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən,
2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın
rayonu Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ərazilərindən çıxarılması və qaytarılmasına səbəb
oldu. Kəlbəcərin azad ediməsi ilə əlaqədar Prezident İlham Əliyevin xalqa müraciətində deyilib: “Əziz
kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı
uzun illər ərzində səbirsizliklə gözləyirdi”.
Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər
çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!
Zəfər Cəfərov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq