

Noyabrın 25-də Bakıda, ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin iştirakı ilə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda
mötəbər beynəlxalq konfrans keçirilib. Konfransda ölkə başçısı geniş çıxış edərək bir sıra məqamlara
toxunub, region ölkələri və reguondan kənarda olan ölkələr haqqında mühüm mesajlar verib.
Belə ki, ilkin olaraq Fransa ilə əlaqələrə yenidən münasibət bildirildi və qeyd olundu ki, o
münasibəti ki, Fransa Azərbaycana qarşı sərgiləyir bundan sonra ümumiyyətlə, Fransanın hansısa
formada regionda baş verən proseslərdə iştirakı mümkün olmayacaq. Bu da ilk növbədə Fransanın öz
günahıdır.
Bu il oktyabrın 6-da Praqada keçirilən görüşdən cəmi bir həftə sonra Fransa Prezidenti Makron
öz müsahibəsində Azərbaycana hücum edərək Azərbaycanı bir sıra məsələlərdə günahlandırdı. Daha
sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Bunun
ardınca Fransanın Frankofoniya Sammitində Azərbaycana qarşı hücum cəhdi oldu. Bu, qətiyyən
qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb.
Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz.
Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni
müharibədən sonrakı dövrdə tərəf tutmayıb, bunu yalnız Fransa edib, özü də açıq şəkildə.
Cənab Prezident həm də son vaxtlarda İranla bağlı yaranan problemlərdən danışıb. İranın son iki
il ərzində aktiv şəkildə Azərbaycana qarşı göstərdiyi mövqe nə din, nə mədəni, nə də ki, tarixi
oratqlığımıza sığmır. İranın əzələ nümayişi isə açıq aşkar təhdid xarakteri daşıyırdı. Belə olan halda
Azərbaycana da bu münasibətə layiqli cavab verdi. Bununla da Azərbaycan kimdənsə və ya nədənsə
qorxmadığını bir daha sübut etdi. Ümumiyyətlə, Azərbaycan II Qarabağ müharibəsindən sonra regionda
yeni sülh şəraitini bərqrar etdi, yeni əməkdaşlıq platformaları təklif etdi. Azərbaycan daim qonşuları ilə
mehriban münasibətlərin qurulmasını, qarşılıqlı etimadın yaradılmasını, daxili işlərə qarışmamaq və
bütün ziddiyyətkəri diplomatik yolla həll olunmaaı prinsiplırini üstün tutub. Bu gün də bu prinsiplər
Azərbaycan xarici siyasətinin əsasını təşkil edir. Ermənistanın işğalçı, riyakar siyasəti fonunda belə
Azərbaycan qalib dövlət kimi ilkin olaraq sülhün əldə olunamasını təklif etdi. Yeni reallıqları nəzərə
alaraq bölgədə həm siyasi həm də iqtisadi inkişafı nəzərdə tutan əməkdaşlığı təklif etdi. Lakin bu günə
qədər Ermənistan tərəfindən bu istiqamətdə real addımların atılması gecikdirlir. Belə olan halda
Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq lazım olan tədbirləri icra etmək hüququnu
özündə saxlayır. Son günlər Ermənistanın artan təhdid ritorikası bir daha onu göstərir ki, Ermənistanın
siyasi hakimiyyəti bölgədə birgəyaşayış formulunu qəbul etmək istəmir, sülh sazuşini imzalamqda
zaman udmaq istəyir.
Bilal Muxtarov,
Sabirabad Gənclərin Kariyera və İnkişaf Mərkəzinin əməkdaşı