

Bəli, bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda
Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib,
öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və
Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə
qarşılaşacaqlar. Dövlət İlham Əliyevin söylədiyi kimi, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları
xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, daha da bütövləşdik, daha da mətinləşdik,
daha da gücləndik, özümüzü toparladıq və sonunda Zəfər bizim oldu. Bəli, üçtərəfli bəyanatın imzalanması ilə
münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, status-kvo,
“Dağlıq Qarabağ” adlı ərazi vahidi ləğv edildi. Və beləliklə, bu qələbənin nümayişi 10 dekabr 2020-ci ildə
keçirilən Zəfər Paradında bir daha dünyaya göstərildi. Bu Paradla Qarabağ Azərbaycandır! nidasının təntənəsi,
"Dağlıq Qarabağın" statusunun olmayacağının Azadlıq meydanında nümayişi, işğalçı Ermənistanın yeni erməni
dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkməsinin nümayişi idi. Çünki bu gün regionda
Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb, ərazi bütövlüyümüz təmin olunub və heç bir
statusdan söhbət gedə bilməz! Bu isə Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Bütün bu
söylənilənlərdən belə bir qənaətə gəlmək mümkündür ki, “Nə qədər mən Prezidentəm, heç bir statusdan söhbət
gedə bilməz!” deyən dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı
bildiyini bir daha nümayiş etdirdi. Və «Ermənistanın hünəri varsa, tanısın «Dağlıq Qarabağ respublikası»nı.
Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza
yığın!» – bu Azərbaycan Prezidentinin sözü, tələbidir! Prezident İlham Əliyev noyabrın 25-də ADA
Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən
beynəlxalq konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən də bəhs
edərək bildirib ki, Ermənistan prosesə əngəl törədir. Belə ki, dövlətimizin başçısının dediyi kimi dekabrın 7-də
Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək. Buna səbəb isə
Ermənistanın baş nazirinin həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi
təqdirdə razılıq verəcəyini bildirməsidir. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq. Çünki Praqa
görüşündən bir neçə gün sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycana qarşı əsasız ittihamlar irəli
sürdü və Ermənistana açıq-aşkar dəstək nümayiş etdirdi. Daha sonra Fransa Senatının ölkəmizə qarşı qəbul etdiyi
əsassız qətnamə və digər faktlar Fransanın obyektiv vasitəçilik etmədiyini göstərir. Dövlətimizin başçısı
Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsini sülh danışıqlarını pozmaq cəhdi
kimi qiymətləndirib. Belə olan halda, ermənilər anlamalıdırlar ki, sülh onlarını yeganə çıxış yoludur. Və bu gün
havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər anlamırlar ki,
artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər
şeyə nəzarət edir. İndi diktəni edən ölkə Azərbaycandır və bölgədə yenidən erməni faşizminin baş qaldırmasına
heç vaxt imkan verməz. İstənilən qüvvənin Qarabağda Azərbaycan əsgərinə qarşı edəcəyi təxribat xarakterli əməl
cavabsız qalmayacaq. Və bu gün Ali Baş Komandanın bəyanatlarına, sərt xəbərdarlıqlarına əhəmiyyət verməyən
ermənilər indi qalib sərkərdənin hər bir fikrini, mesajını diqqətlə izləyir və ona uyğun nəticə çıxarırlar. Yaxşı
anlayırlar ki, Prezident İlham Əliyevin dediyi söz imzası qədər keçərlidir. Görünən odur ki, Prezident İlham
Əliyevin yürütdüyü diplomatiya nəticəsində müharibənin başa çatmasından sonra yaranan bu reallıqlar siyasi
mərkəzlər tərəfindən qəbul edilir.
Bəli, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə status söhbətləri də birdəfəlik
bağlandı. Ölkəmizin ərazisində yaşayan ermənilərin məsələsi isə Azərbaycanın öz daxili işidir. Noyabrın 25-də
ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda
beynəlxalq konfransda iştirakçıların suallarını cavablandıran Prezident İlham Əliyev bir daha bu mövzuya
toxunaraq deyib: "İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə
Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir
ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu,
bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir". Göründüyü kimi, Azərbaycanın
Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi aydın və dəqiqdir. Bu məsələdə Azərbaycanın
mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, sülhün əldə olunmasına xidmət edir. Bir sözlə,
bütün bunlar Azərbaycanın dünyaya nə qədər sülhsevər bir ölkə olduğu bir daha nümayiş etdirir. Beləliklə,
Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu
məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük
sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır.
Ceyran Xəlilova,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi, fəal gənc