isaznow.com
Az Iw En Ru

Azərbaycan-Türkiyə birliyinin təsdiqi-Zəfər paradı

Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməsi Ermənistan üçün çox böyük sarsıdıcı zərbə oldu.
Vətən müharibəsində ağır məğlubiyyət yaşayan Ermənistan müharibə cinayətlərindən qalmırdı. Mənfur
düşmən Azərbaycanın şəhərlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tuturdu.
Nəticədə 100-ə yaxın mülki vətəndaş, o cümlədən uşaqlar və qadınlar həlak olmuşdur. Dörd yüzdən çox
mülki vətəndaş yaralanmış, beş mindən çox ev dağıdılışdır.
Hər gün ağır məğlubiyyət yaşayaraq geri çəkilən düşmən Azərbaycan Ordusu qarşısında diz
çökdü. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Üçtərəfli Bəyanat əslində Ermənistan üçün kapitulyasiya
aktı oldu. Bu Bəyanatın imzalanması ilə Azərbaycanın möhtəşəm Zəfəri rəsmiləşdi. Azərbaycan
diplomatik müstəvidə də qələbə qazandı. Ermənistan Üçtərəfli Bəyanata imza atarkən öz üzərinə bir sıra
öhdəliklər götürmək məcburiyyətində qaldı. Kapitulyasiya aktına əsasən bir güllə atmadan Kəlbəcər,
Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm
döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və
platformalarda Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istiqamətində
böyük işlər aparmışdır. Ölkə başçısının yorulmaz fəaliyyəti öz səmərəsini verdi. Belə ki, bütün aparıcı
beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və dəstəklədi. BMT Təhlükəsizlik Şurası
və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti,
eləcə də digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Məqsədyönlü səylər nəticəsində münaqişə
ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə davamlı olaraq dolğun məlumat çatdırıldı. Bir
sözlə, Azərbaycan Prezidentinin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində münaqişənin həlli üçün
hüquqi zəmin yaradılmışdır.
27 sentyabr 2020-ci ildə ölkəmiz əks-hücum əməliyyatlarına başladıqda məhz bütün dünya bildi
ki, Azərbaycan öz haqq işi Anchor- ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparır.
Müharibənin ilk saatlarından isə qardaş Türkiyə Respublikasının Prezidenti bəyanatla çıxış etdi ki,
Türkiyə Azərbaycanın yanındadır. Hərbi əməliyyatlar bitənə qədər qardaş Türkiyə ölkəmizə davamlı
olaraq siyasi-mənəvi dəstək oldu. Türkiyənin bu siyasi-mənəvi dəstəyi xalqımızda əlavə bir ruh
yüksəkliyi yaradır və tək olmadığımızı göstərirdi. Azərbaycan və Türkiyə bir soy-kökə məxsus
ölkələrdir. Xalqlarımız və ölkələrimiz arasında qardaşlıq, dostluq hər zaman mövcud olub. Lakin Vətən
müharibəsindən sonra Azərbaycan və Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub. 2020-ci il
dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən paradda Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın iştirakı iki dövlət arasında qardaşlıq münasibətlərinin rəmzidir.
Zəfər paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi
beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj olmuşdur. Bundan əlavə, paradda Azərbaycan və türk
əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq
qürurverici hadisədir.
Sevil Məmmədova,
Sabirabad rayonu Nizami kənd mədəniyyət evinin müdiri


16:23 10.12.2022