

Hər bir xalq bir çox dahi şəxsiyyətlər, tarixdə iz qoyan insanlar yetişdirir. Əlbəttə, belə insanlar
Azərbaycan tarixində də az olmamışdır. Məhz belə şəxiyyətlərdən biri də Azərbaycan xalqına tanrı
tərəfindən bəxş edilən Ümumilli liderdir. Ulu öndərimiz ucalardan uca dayanan böyük bir tarixi
şəxsiyyətdir.
Heydər Əliyev hər zaman öz xalqının qayğısına qalmış, bir zəfər dəqiqliyi ilə öz xalqının
gələcəyini qurmuşdur. Yaşadığı illərdə Azərbaycan tarixinin qızıl illərini yazmışdır. XX əsri böyük bir
gələcəyə qapı olan XXI əsrə qovuşdurmuşdur. Dahi şəxsiyyət bütün şüurlu həyatını öz xalqının,
ölkəsinin yüksəlişinə həsr etmişdir. Bu gün Azərbaycan torpağının hər qarışında onun izi var. Ulu öndər
Heydər Əliyevin hər bir əməli onun adını ölməzliyə qovuşduran bir abidədir. Varlığı ilə Azərbaycan
xalqının, bütün türk dünyasının qürur duyduğu Heydər Əliyev dünyasını dəyişsə də o bizim və bizdən
sonrakı nəsillərin də dahi müasiri, müəllimi və rəhbəri kimi yaşayacaq.
Ulu öndər Heydər Əliyev zəkasının qələbəsi onun cəmiyyətə bəxş etdiyi səadət uzun illər bizi
çətinliklərdən qələbə kimi keçirəcək, daha yüksək zirvələrə aparacaqdır.
Bizim istiqlaliyyətimizə xor baxanların qəyyumluğu ilə vətənə, millətə xəyanət yolunu tutanlar
ölkəni vətəndaş müharibəsi vəziyyətinə gətirib çıxarmışdılar. Səriştəsiz rəhbərlər bunun öhdəsindən
gələ bilmirdilər. O zaman azadlığımız tükdən asılı, dövlətimiz təhlükə altında idi. Millət, xalq öz
xilaskarını tanıyırdı. 1993-cü ildən hakimiyyət kürsüsünə xalqın tələb və təkidi ilə qayıdan Heydər
Əliyev ilk gündən bütün qüvvə və bacarığını sərf edərək, ölkəni düşmüş olduğu ağır vəziyyətdən
çıxarmağa nail oldu. Siyasi abu-havanın sabitləşməsi ilə yanaşı, dahi rəhbər ölkə iqtisadiyyatının bərbası
və inkişafı ilə də ciddi məşğul oldu.
Ulu öndər Heydər Əliyev ilk öncə Azərbaycan dövlətçiliyinə və azərbaycancançılığa xidmət
etmiş, nəticə etibarı ilə azərbaycançılıq idealogiyasını milli idealogiya səviyyəsinə qaldırmış və onu
təlimə çevirmiş, Azərbaycanı milli müstəqilliyə qovuşduran xalq hərəkatının və daha sonra milli
azadlıq hərəkatının həqiqi və əsil lider rəhbəri olmuşdur. Ermənistanın hərbi təcavüzü, ərazilərimizin
pozulması, rayonlarımızın düşmənə verilməsi, ölkədə sabitliyin olmaması Azərbaycanı parçalama
təhlükəsinə gətirib çıxarmışdır. Dövlət müstəqilliyi şəxsi ambisiyalara qurban verilirdi. Dövlət, millət,
xalq və ərazi parçalanırdı.
Milli öndərimiz qısa bir müddətdə Azərbaycan iqtisadiyyatını da inkişaf etdirdi. Dünya iqtisadi
inteqrasiyasına daxil olan Azərbaycan çiçəklənməyə başladı. Azərbaycanın dünya birliyinə daxil
olması, əsrin müqaviləsinin bağlanması Bakı - Tbilisi - Ceyhan qaz kəmərlərinin çəkilməsinə başlandı.
Respublikamızın nüfuzu və çəkisi qat-qat artdı. Ölkədə hüquqi islahatların həyata keçirilməsi,
qanunvericilik, icra və mühakimə sahəsindəki aparılan islahatlar da məhz, onun adı ilə bağlıdır.
Milli lider ölkənin daxilindəki hərc-mərcliyin, anarxiyanın qarşısını aldı, qruplaşmaların kökünü
kəsdi. Dövlətçiliyimiz əleyhinə yönləndirilmiş bütün cəhdlər böyük şəxsiyyətin cəsurluğu hesabına puça
çıxdı. 1994-cü il oktyabr, 1995-ci ilin mart hadisələri bir daha göstərdi ki, Heydər Əliyev kimi rəhbəri
olan bir ölkədə dövlət çevrilişi etmək olmazdı.
Heydər Əliyev yaşadığı illər boyunca daim xalqının mənafeyini düşünmüşdür. Azərbaycan bu
gün olduğu mövqeyinə görə Ulu öndərinə minnətdardır. Vətənimiz, xalqımız, millətimiz üçün Heydər
Əliyev sözün əsil mənasında böyük insan idi. Həyatını xalq, vətən yolunda son damla kimi əridənlər heç
vaxt unudulmur, xatirələrdən silinmir. Heydər Əliyevin həyat və fəaliyyəti bütün nəsillər üçün
nümunədir. Ömrünü öz xalqının və vətəninin inkişafına həsr edən bu dahi şəxsiyyət özündən sonra
güclü bir dövlət qoymuşdur.
Dahi rəhbərimizin siyasi kürsüsü etibarlı əllərdədir. Heydər Əliyev siyasi rəhbərinin layiqlı
yetirməsi və davamçısı möhtərəm prezidentimiz İlham Əliyev dahi şəxsiyyətin ideyalarını həyata
keçirərək Azərbaycanın müstqəlliyini daha da möhkəmləndirmiş, ərazi bütövlüyümüzü təmin etmişdir.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru