isaznow.com
Az Iw En Ru

Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin növbəti nümunəsidir

Qlobal arenada baş verən dəyişikliklər yeni dünya nizamının formalaşdırılmasını labüd edib. Bu
yeni dünya nizamında bir-birinə yaxın ölkələr arasında siyasi və iqtisadi sahədə əməkdaşlıq genişlənir
və yeni bir iqtisadi-siyasi gücün meydana gəlməsinə yol açır
Türk Dövlətləri Təşkilatı da bu baxımdan yeni dünya nizamının çağırışlarına uyğun siyasi –
iqtisadi münasibətlərini formalaşdırır. Dekabr ayının 14-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin
Türkmənistana səfəri və bu səfər çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının
iştirak ilə keçirilən Zirvə Görüşü böyük əhəmiyyət kəsb edir. Azərbaycan böyük bir coğrafiyanı əhatə
edir və Avropa ilə Asiya arasında bağlantının yaranması zəncirinin vacib həlqəsinə çevrilmişdir.
Azərbaycanın ərsəyə gətirdiyi Cənub-Şimal, Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizləri, BTQ dəmir
yolu, Bakı Beynəlxal Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və yaxın zamanlarda açılacaq Zəngəzur
dəhlizi ölkələrimizarası əməkdaşlığın möhkəmlənməsində əsas rol oynayacaqdır.
Tükrmənbaşı şəhərindəki görüşdə Türkiyə ilə Müttəfiqlik haqqında¸ Türkmənistan ilə isə Strateji
Tərəfdaşlığa dair Bəyannamələr imzalanmışdır. Bu gün Türkmənistanda Zirvə Görüşü çərçivəsində
imzalanmış, ticari-iqtisadi, gömrük və energetika sahəsində əməkdaşlığına dair memorandumlar, həm də
“2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası
Çərçivə Proqramı” ölkələrimiz arası münasibətləri yeni müstəviyə çıxaracaqdır.
Başda Avropa olmaqla bütün dünya üçün enerji təhlükəsizliyinin və mənbələrin
şaxələndirilməsinin önəmi yenidən ortaya çıxdı. Türkiyə olaraq biz bu istiqamətdə uzun müddətdir ki,
addımlar atırdıq. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və Cənub Qaz Dəhlizi bu baxımdan
xüsusi əhəmiyyət kəsb edir.
Üçtərəfli görüşdə qeyd edildiyi kimi onurğa sütununu Trans-Anadolu qaz boru kəməri təşkil
edən Cənub Qaz Dəhlizi vasitəsi ilə Xəzər qazı Avropaya çatdırılır. Türkmən təbii qazının da Qərb
bazarlarına eyni şəkildə nəqli istiqamətində fəaliyyətə də artıq başlanəlmalıdır. Xəzər dənizindəki
 “Dostluq” yatağınin istismarında da Türkmənıstan ilə Azərbaycannın əməkdaşlığına Tütkiyə də dəstək
verməyə hazırdır. Bundan başqa, bölgədə, ölkələrimiz arasında qarşılıqlı elektrik mübadiləsinin inkişaf
etdirilməsinə böyük önəm verilir. Bu çərçivədə Türkmənistandan və Azərbaycandan Türkiyəyə elektrik
enerjisinin nəqli ilə bağlı da işlərə hazırlıq gedir.
Ümumilikdə isə qeyd edilməlidir ki, Türk Dövlətləri Birliyi yeni dünya nizamında gülclü siyasi –
iqtisadi mərkəz kimi meydana gəlir və güclənir.
Elçin Quliyev,
Sabirabad rayonu, iqtisadçı-politoloq


14:56 16.12.2022