

44 günlük Vətən müharibəsində qələbəmizdən sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və
yenidənqurma işləri başlanılıb. Bu işlərin əsasını nəqliyyat və kommunikasiya əlaqələrinin, vasitələrinin
bərpası, bunların ən müasir tələblər əsasında qurulması və təmin edilməsi, o cümlədən yaşayış yerlərinin
salınması və sair təşkil edir. Prezident İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın
sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.Sərəncamda Azərbaycan
Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli
inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-
tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər
həyata keçirildiyi qeyd edilir.Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından
səmərəli istifadə, dövlət‒özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi
fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf
prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir.Bu çərçivədə icra olunan layihələr həmin
ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında
mühüm rol oynayacaqdır.Dövlət investisiyaları ilə yanaşı, yerli və xarici sərmayələrin cəlb edilməsi ilə
işğaldan azad olunan ərazilərdə iqtisadi və sosial infrastrukturun yenidən qurulması, əhalinin
məşğulluğunun təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsi prioritetdir.
İşğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu da həmin
ərazilərə yerli və xarici investisiyaların cəlbi, bu fonda əhalinin məşğulluğunun təmin edilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi
investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri-neft
ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu
sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan
azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə
verəcək. Genişmiqyaslı bərpa fəaliyyətləri və yeni infrastrukturun qurulması tikinti sektoru üçün yeni
imkanlar açır.
Bütün bunlar xarici investorları da maraqlandırır.Sərəmcama əsasən , işğaldan azad edilmiş
ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və
xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və
digər güzəştlərin tətbiqi, özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin
təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və
materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə
məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə
güzəştlərin müəyyən edilməsi və s. məsələlər öz əksini tapır.
Ceyhun Həsənov,
Sabirabad rayonu “Əmin” marketlər şəbəkəsinin hüquqşünası, Vətən Müharibəsi iştirakçısı