isaznow.com
Az Iw En Ru

Sosial-iqtisadi inkişaf Strategiyası qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcək mühüm yol xəritəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" 30 ildir doğma yurd həsrəti ilə
yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm
sənəddir. Həmin soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqları anı çox səbrsizliklə gözləyirdilər və
bu proqramın təsdiq olması onlar üçün çox böyük sevinc bəxş etmiş oldu.
30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən böyük talançılıq, dağıntılara məruz
qalıb. İşğal dövründə Azərbaycanın şəhərləri, qəsəbələri, kəndləri və digər yaşayış məntəqələrini, o
cümlədən infrastrukturu tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan
edilib, iqtisadiyyatımıza əhəmiyyətli dərəcədə zərər vurulub, bir milyondan artıq soydaşımız öz dogma
yurdlarından didərgin düşüb. 
Ali Baş komandanın rəhbərliyi ilə 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Bu zəfərdən
dərhal sonra həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. Azad edilmiş ərazilərimizə
böyük qayıdışın təmin edilməsi ölkəmizin 2032-ci ilə qədər 5 milli prioritetlərdən biri kimi müəyyən
olunub və uğurla həyata keçirilməkdədir. 2022-2026-cı illərdə Sosial-iqtisadi inkişaf Strategiyası qarşıya
qoyulan məqsədlərə çatmağa kömək edəcək mühüm yol xəritəsidir. Böyük Qayıdışa dair I Dövlət
Proqramında qlobal trendlər, ərazilərin bərpası və yenidənqurulması üzrə mövcud vəziyyət, hədəf,
göstəricilər və digər mühüm məsələlər yer alıb. Bu proqram yurd həsrəti ilə yaşayan soydaşlarımızın
layiqli şəkildə geri dönməsinin təmin edilməsi üçün önəmli tarixi sənəddir
Əfsər Əzizov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş
məsləhətçisi


02:50 21.12.2022