

Tarixi zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələlərdən bir
xalqımızın üzün illərdir gözlədiyi Böyük Qaydıdışın reallaşdırılmasıdır. Özlüyündə bu, çətin, mürəkkəb,
eyni zamanda, müqəddəs bir vəzifədir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli
Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir.
Bu proqramın təsdiq edilməsi çox böyük əhəmiyyətə malik bir hadisədir. 30 illik işğal dövründə
ərazilərimiz ermənilər tərəfindən böyük talançılıq, dağıntılara məruz qalıb. Dövlət Proqramında işğaldan
azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən
məqsədlər və onlara uyğun hədəf göstəriciləri, bu sənədin prioritet istiqamətləri, əhalinin doğma
torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması,
müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz
əksini tapıb. Prioritet istiqamətlərdən biri də əhalinin qayıdışı və yaşayış məntəqələrində dayanıqlı
icmaların yaradılmasıdır. İlham Əliyevin ərazilərin bərpası və əhalinin qayıdışına dair baxışı və qarşıya
qoyduğu hədəflər Dövlət Proqramının prioritet istiqamətlərini təşkil edir.
Bu istiqamətlər ümumi olaraq təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin
dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması,
ərazilərin iqtisadi inkişafının dəstəklənməsi və ekoloji təmiz mühitin təmin edilməsidir. İşğaldan azad
edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji
potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və
layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin
qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Əlbəttə ki, bu sadalananlar görülən işlərin çox az bir qismidir. Dövlət Proqramının
hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad
edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
Burada mühüm məqamlardan biri həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası,
dövlət‒özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımın stimullaşdırılması və dayanıqlı məskunlaşmanın
təmin edilməsidir. Təbii ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı
inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun
yaradılması xüsusi önəmə malikdir. 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş
ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə start verilmiş , qısa zaman
ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və
rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır. Proqramda bu
istiqamətdə daha böyük həcmli işlərin aparılması nəzrdə tutulur.
Vusal Ağazadə,
Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin təsərrüfat müdiri, Sabirabad rayon sakini