isaznow.com
Az Iw En Ru

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi

Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsindən  bildirilib ki, hadisə nəticəsində 1 nəfər vəfat edib, 2 xanım xəsarət alıb. 

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Hadisə Abşeron rayonu ərazisində baş verib.

İlkin məlumata görə,  O. Əliyevin ürəyi tutub. Bu zaman onun idarə etdiyi  “Toyota Lexus” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Qəzada Oqtay Əliyev vəfat edib.


01:59 23.03.2023