isaznow.com
Az Iw En Ru

Bakıda mənzildə yanğın

Bakıda mənzildə yanğın baş verib.

Kanal24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin arakəsmə divarı 6 kv.m sahədə, tavan və dam örtüyü 14 kv.m sahədə yanıb.

Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


16:42 05.11.2014